RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə hərarətli təbriklərimi göndərməkdən şərəf duyuram.
Bizi ikitərəfli və çoxtərəfli sahələrdə birləşdirən əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsini arzulayıram.
Qeyd etmək istəyirəm ki, Hökumətimiz xalqlarımızın arasında münasibətlərin inkişafında xüsusilə maraqlıdır.
Zati-alinizə bir daha yüksək ehtiramımı bildirirəm.
Visente Foks Kesada
Meksika Birləşmiş Ştatlarının Prezidenti