Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik, tərəqqi və uğurlar arzulamaqdan məmnunluq hissi duyuram.

May ayının 13-14-də xarici ticarət nazirimiz cənab Loosa göstərdiyiniz əla qəbul ikitərəfli münasibətlərimizin keyfiyyətinə dəlalət edir və icazə verin, bununla bağlı sevinc hisslərimi Sizə çatdırım.

Cənab Prezident, bir daha səhhətinizin tezliklə bərpa olunmasını arzulayır və Sizi tezliklə Fransada qəbul etmək ümidi ilə Sizə, ən yüksək ehtiram hisslərimi çatdırıram.

Jak Şirak

Fransa Respublikasının Prezidenti

Paris, 26 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin