RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın Respublika günü münasibətilə Zati-alinizə, hökümətinizə və Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Dövlətlərimiz arasındakı əlaqələrin güclü tarixi kökləri vardır. Bu səbəbdən xalqlarımızın daha yaxın mədəni əlaqələr arzusunda olmaları təbiidir. İqtisadi əlaqələr və onların inkişafı ölkələrimizin xalqları üçün eyni dərəcədə əhəmiyyətlidir. Ümid edirəm ki, yaxın gələcəkdə iqtisadi əlaqələrin inkişafını izləyə biləcəyik.
Cansağlığınız və rifahınız üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Ən böyük ehtiramla,
Avul Pakir Caynulabdin Əbdül Kalam
Hindistan Respublikasının Prezidenti