Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əs-sələmu aleykum və rəhmətullahi və bərəkətuhu!

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alilərinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Ulu Tanrıdan gələcək illərdə də Zati-alilərinizə davamlı səhhət və salamatlıq, Sizin müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına firavanlıq və tərəqqi bəxş etməsini diləyirəm.

Yaranmasının ümdə məqsədi islam həmrəyliyinin möhkəmləndirilməsi olan İslam Konfransı Təşkilatı ilə Azərbaycan Respublikası arasındakı möhkəm əlaqələri qeyd edərək, Sizi bu əlaqələrin inkişafı yolunda var gücümü əsirgəməyəcəyimə əmin etmək istərdim.

Fürsətdən istifadə edərək, Zati-alilərinizin İslam Konfransı Təşkilatına göstərdiyiniz dəstəyi və müsəlman Ümmətimizin həmrəyliyinin möhkəmləndirilməsində səylərinizi yüksək qiymətləndirdiyimi bildirirəm.

Zati-aliləri, cənab Prezident!

Ən yüksək ehtiramım barədə zəmanətimi qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

D-r Əbdülvahid Bilqəziz,

İslam Konfransı Təşkilatının baş katib Ciddə, 25 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin