RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alilərinizi böyük məmnuniyyətlə səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə ilbəil daha da möhkəmlənəcəkdir.
Zati-alilərinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.
Prof. Dr. Yauddin Əhməd
Banqladeş Xalq Respublikasının
Prezidenti