RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramının qeyd olunması Kuba xalqı və hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklər göndərmək və ölkələrimiz arasında münasibətlərin və əməkdaşlığın inkişafında maraqlı olduğumuzu təsdiq etmək üçün mənə gözəl imkan verir.
Ən xoş diləklərimi yetirərək, Azərbaycan xalqına firavanlıq, Sizə isə şəxsi xoşbəxtlik arzulayıram. Zati-aliləri, Sizə çox yüksək hörmət bəslədiyimə əmin ola bilərsiniz.
Fidel Kastro Rus
Kuba Respublikası Dövlət Şurasının və
Hökumətinin sədri