RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Respublika günü münasibətilə Zati-alinizə Yunanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Ölkənizə qarşıdakı səfərimi səbrsizliklə gözləyir, Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı üçün, eləcə də şəxsən Sizin əmin-amanlığınız üçün bir daha ən xoş arzularımı bildirirəm.
Konstantinos Stefanopulos
Yunanıstanın Prezidenti