RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Ölkənizin milli bayramı münasibətilə Zati-alilərinizə və xalqınıza öz adımdan, Qətər dövlətinin höküməti və Qətər xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Gələcək illərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə ümid edərək, Zati-alilərinizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqına daimi inkişaf və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramla,
Həməd bin Xəlifə Al Tani
Qətər Dövlətinin Əmiri