RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu!
Sizi Milli bayramınız - Respublika günü münasibətilə öz adımdan, habelə bütün Qazaxıstan xalqı adından təbrik edirəm!
Böyük məmnunluqla qeyd etmək istərdim ki, müstəqillik illərində Sizin rəhbərliyinizlə Azərbaycan siyasi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsində sanballı uğurlara nail olmuşdur.
Əminəm ki, Qazaxıstanla Azərbaycan arasında təşəkkül tapmış və etimada, qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətləri ölkələrimizin xalqlarının mənafeləri naminə bundan sonra da daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Heydər Əlirza oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin ehtiramla,
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti
Astana, 23 may 2003-cü il