RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu!
Azərbaycanın milli bayramının - Respublika gününün 85-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Belə əlamətdar imkandan istifadə edərək, Sizə ən xoş diləklərimi yetirir, cansağlığı və dövlətçilik fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,
Saparmurad Niyazov
Türkmənistanın Prezidenti
Aşqabad, 27 may 2003-cü il