Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Milli gününüzün - 28 Mayın qeyd olunması münasibətilə fürsətdən istifadə edərək, Zati-alilərinizi, Azərbaycan Respublikasının hökumətini və xalqını Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Cənubi Afrika Respublikası və Azərbaycan Respublikası arasındakı dostluq əlaqələri gələcəkdə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olmağınızı rica edirəm.

Tabo Mbeki

Cənubi Afrika Respublikasının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin