Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, 

Fürsətdən istifadə edərək, Sizi və xalqınızı ölkənizin milli bayramı - Respublika günü münasibətilə təbrik edirəm. Səmimi qəlbdən ümidvaram ki, dövlətlərimiz arasındakı münasibətlər xalqlarımızın rifahı və qarşılıqlı fayda naminə daha da genişlənəcək və inkişaf edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Rolandas Paksas

Litva Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin