Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz cənab Prezident,

Mən istərdim ki, Azərbaycanın müstəqilliyinin 85-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi ifadə edim. 1918-ci ildə ilk Azərbaycan Respublikasının elan etdiyi müstəqillik İslam dünyasında dünyəvi dövlətlərin yaranmasının əsasını qoymaqla çox mühüm əhəmiyyət daşıyan akt oldu.

Mən Sizi Azərbaycanla Birləşmiş Ştatlar arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıqla əlaqədar təbrik edirəm. Bizim güclü ikitərəfli iqtisadi və siyasi bağlantımız, Sizin xalqın ABŞ-ın başçılıq etdiyi terrora qarşı kampaniyaya qoşulması, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri layihələrinin uğurla həyata keçirilməsi, Qafqazda sülh və sabitlik əldə etmək səyləriniz, Azərbaycan sülhməramlılarının Kosovo əməliyyatlarındakı rolu, davamlı sülh əməliyyatları (Əfqanıstan) və İraqın azad olunması uğrundakı əməliyyatlar vasitəsilə bir daha təsdiq edilmişdir. Eyni zamanda, 80 yaşınız münasibətilə ən xoş arzularımı yetirərək, Sizə yaxşı səhhət və Azərbaycan xalqını müstəqillik və demokratiya yolu ilə davamlı tərəqqiyə aparmaqda uğur arzulayıram.

Ən hərarətli salamlarla,

Sem Braunbək

ABŞ senatoru

Vaşinqton, 30 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin