Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri!

İcazə verin məni “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirim.

Sənət adamlarına, yaradıcı ziyalılara verilən bu cür yüksək qiymət ictimaiyyət tərəfindən böyük qürur və ruh yüksəkliyi ilə qəbul olunur.

Biz - kinematoqrafçılar əsas vəzifəmizi xalqa, Vətənə, dövlətimizə sədaqətlə xidmət etməkdə, sənətdə səmimiyyət və peşəkarlıqla çalışıb yaratmaqda görürük. Sizin diqqət və qayğınız isə bizi bu vəzifəni daha yaxşı yerinə yetirməyə ruhlandırır.

Bir daha təşəkür və minnətdarlıq

hissləri ilə,

Oqtay Mirqasımov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin