AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu,
Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi ilə əlaqədar Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.
Məmnunluqla vurğulayıram ki, qarşılıqlı surətdə faydalı Belarus-Azərbaycan əməkdaşlığı son illər fəallaşmışdır. Dostluq və sıx tərəfdaşlıq ənənələri ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsinin möhkəm əsası olmuşdur.
Əminəm ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli Heydər Əlirza oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, dövlət başçısı vəzifəsində məsul fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti
Minsk, 11 iyun 2003-cü il.