Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ İLHAM ƏLİYEV VƏ İORDANİYA HAŞİMİLƏR KRALLIĞININ KRALI ƏLAHƏZRƏT II ABDULLAH İBN ƏL HÜSEYN ARASINDA KEÇİRİLMİŞ GÖRÜŞDƏN SONRA QƏBUL EDİLMİŞ BİRGƏ BƏYANNAMƏ

Zati-aliləri Prezident İlham Əliyev Əlahəzrət Kral II Abdullahın Azərbaycana iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən səfərini alqışlayır. İordaniya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 15-ci ildönümü ilə əlaqədar olaraq, Tərəflər iki ölkə arasında son illərdə əlaqələrin sürətlə inkişaf etməsini və dərinləşməsini razılıqla qeyd edirlər.

Bu, özünü ən yüksək səviyyədə rəsmi şəxslərin səfər mübadilələrində, hər iki ölkənin paytaxtlarında səfirliklərin açılmasında, Əmmanla Bakı arasında birbaşa müntəzəm hava uçuşlarının təşkil edilməsində və iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə yönəlmiş səylərin intensivləşdirilməsində təzahür etdirir.

Tərəflər, Azərbaycan ilə İordaniya arasında möhkəmlənən dostluq münasibətlərini, eləcə də beynəlxalq məsələlərlə əlaqədar öz ölkələrinin üst-üstə düşən maraqlarını məmnunluqla qeyd edirlər.

Tərəflər, müxtəlif iqtisadi və ticarət xarakterli tədbirlərin, o cümlədən hazırda Bakıda davam edən İordaniyanın ticarət sərgisi və son bir il ərzində biznes heyətlərinin səfər mübadiləsinin həyata keçirilməsi də daxil olmaqla, hər iki ölkənin özəl sektorları arasında əlaqələrin inkişafının sürətlənməsindən xüsusi məmnunluqlarını ifadə etdilər.

Tərəflər, hər iki ölkənin özəl sektorlarını çox əlverişli siyasi əlaqələr, hüquqi və institusional çərçivələrdən, habelə ticarətin və iqtisadi mübadilənin genişləndirilməsinə xidmət etmək üçün yaradılmış nəqliyyat imkanlarından istifadə etməyə çağırırlar.

Tərəflər, eyni zamanda, bu gün ikiqat vergiqoymanın aradan qaldırılması və investisiyaların təşviqi və qorunması sazişlərinin imzalanmasını alqışlayırlar.

Hər iki lider, həmçinin neft və qaz kəşfiyyatı, nəqliyyat, kənd təsərrüfatı, təhsil və xidmətlər sahəsində də əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlirlər.

Tərəflər, BMT və onun ixtisaslaşmış strukturları çərçivəsində əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini təsdiq edirlər və beynəlxalq münaqişələrin həllində BMT-nin rolunun gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Prezident İlham Əliyev İordaniyanın BMT və İKT çərçivəsində Azərbaycanın mövqeyinin dəstəklənməsini davam etdirməsini yüksək qiymətləndirmişdir.

Tərəflər, Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında beynəlxalq təşkilatlar, o cümlədən İKT çərçivəsində mövcud əməkdaşlığın davam etdirilməsi, həmin təşkilatlar çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə bir-birinin mövqelərinin dəstəklənməsi və əlaqələndirilməsi barədə razılığa gəldilər.

Tərəflər, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, əməkdaşlığın bütün sahələrində qarşılıqlı münasibətlərin inkişafına yönəlmiş siyasi məsləhətləşmələrin, sıx əlaqələrin və birgə fəaliyyətin inkişafının davam etdirilməsinin zəruriliyini təsdiq edirlər.

Tərəflər, iki ölkənin qanunverici və icra orqanları arasında əlaqələrin dərinləşməsinə və bu məqsədə nail olmaq üçün səfərlərin, təcrübə mübadilələrinin genişləndirilməsinə və bütün sahələrdə əməkdaşlığın həyata keçirilməsinə xüsusi əhəmiyyət verirlər.

Tərəflər, aralarındakı iqtisadi və siyasi münasibətlərin hərtərəfli inkişafının etibarlı əsası kimi, iki dövlət arasında hüquqi çərçivənin möhkəmlənməsini məmnuniyyətlə qeyd edirlər.

Tərəflər, regionlararası nəqliyyat dəhlizləri, o cümlədən tarixi Böyük İpək yolunun, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin bərpasının regionun iqtisadi və sosial inkişafında rolunu və sivilizasiyalar arasında dialoqun dərinləşməsində əhəmiyyətini xüsusi qeyd etdilər.

Tərəflər, həmçinin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin iqtisadi inkişaf, regional sabitlik və beynəlxalq enerji təhlükəsizliyi istiqamətində oynadığı strateji rolu qeyd etdilər.

Tərəflər, Avropa və Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafını və yük daşımalarının genişləndirilməsini regional əməkdaşlığın mühüm addımı hesab edir və Bakı-Tbilisi-Qars yeni birbaşa birləşdirici dəmir yolu xəttinin yaradılmasının əhəmiyyətini qeyd edirlər.

Tərəflər, aqressiv separatizmin artan təhlükəsini qeyd edərək, terrorizm də daxil olmaqla, separatist rejimlərin silah və insan alveri, narkotik maddələrin istehsalı və yayılması, beynəlxalq təhlükəsizlik və sabitliyi təhdid edən digər cinayətkar fəaliyyətləri ilə əlaqədar narahatlıq ifadə etdilər, beynəlxalq birliyi bu cür fəaliyyətlərə qarşı zəruri tədbirlər görməyə çağırdılar.

Tərəflər, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi məqsədi ilə zor işlətməyin və zor işlətməklə hədələmənin qəbuledilməzliyini bir daha təsdiq edir və bildirirlər ki, beynəlxalq birliyin bütün təcavüz aktlarına, eləcə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə zərər yetirən bütün fəaliyyətlərə qarşı yönəlmiş qətiyyətli səylərinin birləşdirilməsi qlobal təhlükəsizliyin təminatının əsas amilidir.

Tərəflər, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə mühüm töhfə verəcəyindən məmnunluqlarını ifadə edərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin vacibliyini vurğuladılar.

Onlar, eyni zamanda, İsrail-Fələstin münaqişəsinin BMT TŞ qətnamələrinə və Yaxın Şərqdə sülh naminə Yol Xəritəsinə və 2002-ci il Ərəb Sülh Təşəbbüsünə uyğun olaraq, ədalətli həllinə və Yaxın Şərqdə sülh və sabitliyə nail olunmasına yönəlmiş bütün səylərə dəstək verdiklərini vurğulayırlar.

Hər iki tərəf təsdiq etdilər ki, münaqişənin yalnız ədalətli və daimi həlli çərçivəsində İsrail ilə yanaşı sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılması hər iki xalqın hüquq və maraqlarına cavab verə bilər. Hər iki Tərəf razılığa gəlmişdir ki, sülh prosesinə beynəlxalq dəstək verilməsi, tərəflərin yekun statusun müəyyən edilməsinə dair danışıqlar zamanı ortaya çıxan maneələrin aradan qaldırılmasına yardım göstərilməsi üçün əhəmiyyətlidir.

İraqdakı vəziyyətlə bağlı hər iki Tərəf İraqda milli birliyə və sabitliyə nail olunmasına yönəlmiş səylərə öz dəstəklərini ifadə etmiş və İraq cəmiyyətinin bütün tərkib hissələrinin iştirakı ilə vahid İraq çərçivəsində təhlükəsizlik və sabitliyin bərqərar olmasının zəruriliyini vurğulamışlar.

Tərəflər, terrorizmlə mübarizədə daha səmərəli tədbirlərin həyata keçirilməsinin və bu istiqamətdə beynəlxalq səylərin möhkəmləndirilməsinin, həmçinin terrorizmlə mübarizədə birgə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğuladılar.

İki lider ekstremizmin artmasından və müsəlman cəmiyyətlərində radikal ideologiyaların inkişafını pərdələmək üçün İslamın adından sui-istifadə edilməsindən narahat olduqlarını bir daha bildirir və İslamın fundamental əxlaq və prinsipləri olan mötədilliyin, rəhmliliyin, zorakılıq və terrorizmin inkar edilməsinin izah olunması üçün ərəb və İslam dövlətləri arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Tərəflər, bu Birgə Bəyannamənin Azərbaycan və İordaniya arasında münasibətlərin inkişaf etdirilməsinə və hərtərəfli genişlənməsinə təkan verəcəyinə əminliklərini ifadə edirlər.

Bakı, 5 may 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Transxəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmöda soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırılıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür