Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ MÖHTƏRƏM HEYDƏR ƏLİYEVƏ

Əziz Prezidentimiz!

Biz, mədəniyyət və incəsənət işçiləri respublikamıza rəhbərlik etdiyiniz bütün dövrlərdə həmişə Sizin diqqət və qayğınızla əhatə olunmuşuq. Siz həmişə sənət adamlarını yüksək qiymətləndirmiş, onların sosial vəziyyətinin yaxşılaşması, mədəniyyətimizin inkişafı naminə hətta ən çətin anlarda belə bütün imkanlardan istifadə etmisiniz. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün sahələr kimi, mədəniyyətimiz və incəsənətimiz də sürətli inkişaf dövrünü yaşayır.

Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin əmək haqlarının artırılması haqqında Sərəncamınız Yaxın Şərqdə yeganə stasionar sirk müəssisəsi olan Bakı Dövlət sirkinin kollektivi tərəfindən də böyük sevinc və razılıq hissi ilə qarşılanmışdır. Bu Sərəncam Sizin mədəniyyətimizin bütün digər sahələrinə olduğu kimi, milli sirk sənətinin inkişafına da göstərdiyiniz daimi qayğı və diqqətin daha bir parlaq nümunəsidir.

Hörmətli Prezidentimiz!

Göstərdiyiniz qayğıya görə öz dərin minnətdarlığımızı bildirir, Sizə olan hədsiz sevgi və ehtiramımızı qarşıdan gələn prezident seçkilərində nümayiş etdirəcəyimizdən qürur duyuruq. Bir daha Sizə dövlətimizin inkişafı, millətimizin xoşbəxt gələcəyi naminə gördüyünüz böyük və şərəfli işlərdə uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!

Böyük sevgi və ehtiramla,

Bakı Dövlət sirkinin kollektivi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin