RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM HEYDƏR ƏLİYEVƏ
Allah Onu hifz etsin!
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu!
Ölkənizin milli bayramı münasibətilə fürsətdən istifadə edərək, Zati-alilərinizə Səudiyyə Ərəbistanı Krallığının xalqı və höküməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və ən xoş qardaşlıq arzularımı çatdırmaq mənim üçün çox xoşdur.
Zati-alilərinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha bol firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, bir daha qardaş ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin xüsusi fərqlənməsini qeyd etmək istəyirəm.
Zati-aliləri! Ən səmimi salamlarımı və ali təqdirimi qəbul edin!
Qardaşınız,
Fəhd bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə
Ərəbistanı Krallığının Məliki
28 may 2003-cü il