Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

"Bitki sortlarının hüquqi mühafizəsi haqqında" Sazişi təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2001-ci il martın 16-da Moskva şəhrində Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının iclasında imzalanmış "Bitki sortlarının hüquqi mühafizəsi haqqında" Sazişi təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti

1 sentyabr 2003-cü il

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, N 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 5, maddə 282, maddə 293; 2001-ci il, N 12, maddə 731) 3-cü maddəsinin ikinci hissəsinin altıncı abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar".

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti.

12 sentyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin