AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ İNZIBATI XƏTALAR MƏCƏLLƏSINƏ DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, № 12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddə 276; Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli, 512- IIQD saylı; 5 dekabr tarixli, 536 - IIQD saylı Qanunları) asağıdakı redaksiyada 324-1-ci maddə əlavə edilsin:
“Maddə 324-1. Azərbaycan Respublikasında dövlət əmlakının
Registrinə daxil edilməli olan məlumatların təqdim
edilməməsi
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməli olan məlumatlarla bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlar tələb edildiyi gündən on iş günü müddətində təqdim edilməməsinə görə -
vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən əlli mislinədək miqdarda cərimə edilir.”
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2003-cü il