Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ ŞAMAXI RAYONUNUN INZIBATI ƏRAZIBÖLGÜSÜNDƏ QISMƏN DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Çarxan kənd inzibati ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi adlandırılsın, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati ərazi dairəsi adlandırılsın.

Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılsın.

Kələxana kəndi Şəhriyar qəsəbə inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kələxana kənd inzibati ərazi vahidi yaradılsın.

Qurdtəpə kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qurdtəpə kənd inzibati ərazi vahidi yaradılsın.

Mərzəndiyə kəndi Sabir qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Mərzəndiyə kənd inzibati ərazi vahidi yaradılsın.

Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin