Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ SAMUX RAYONUNUN BƏZİ ƏRAZİ VAHİDLƏRİNİN ADLARININ DƏYİŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Samux rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilsin:

Əliuşağı inzibati ərazi dairəsi tərkibindəki Əliuşağı kəndi Alıuşağı kəndi adlandırılsın, Əliuşağı kənd inzibati ərazi dairəsi Alıuşağı kənd inzibati ərazi dairəsi hesab edilsin.

Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindəki Hadılı kəndi Qədili kəndi adlandırılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin