Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, 1-ci kitab, maddə 583, 2001-ci il, №7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002-ci il № 5, maddə 249, № 12, maddə 707, 2003-cü il, № 8, maddə 425, Azərbaycan Respublikasının 4 noyabr 2003-cü il tarixli, 506-IIQD saylı Qanun) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 13.2.12-ci maddədə «məzənnə fərqi» sözlərindən sonra «,qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri» sözləri əlavə edilsin.

2. 13.2.14.1-ci maddədə "maliyyə lizinqi üzrə kreditlərin" sözləri "maliyyə lizinqi əməliyyatlarının" sözləri ilə əvəz edilsin.

3. 13.2.17-ci maddədə "və" sözündən sonra "dəyəri şərti maliyyə vahidinin 100 mislindən çox olan," sözləri əlavə edilsin.

4. 13.2.24-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.2.24. Şərti maliyyə vahidi - Qanunla müəyyən edilmiş məbləğ.".

5. 14.6-cı maddədə "müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara" sözləri "bu maddənin tələblərinə" sözləri ilə əvəz edilsin və bu maddəyə aşağıdakı redaksiyada 14.6.1 - 14.6.6-cı maddələr əlavə edilsin:

"14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);

14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;

14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;

14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri;

14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;

14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır.

14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır.

14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:

14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.

14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.

14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.

14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır.

14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır:

14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda;

14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.

14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.”.

6. 16.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.”.

7. 16-cı maddəyə aşağıdakı redaksiyada 16.3-16.5-ci maddələr əlavə edilsin:

«16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

16.4. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpaqı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

16.5. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrində nəzərdə tutulan arayışlar vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir.».

8. 23.1.7-ci maddədə “borcların və faizlərin” sözlərindən sonra “,tətbiq edilmiş maliyyə sanksiyalarının” sözləri əlavə edilsin.

9. 33.1-ci maddədə "olduqları" sözündən sonra ", vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı" sözləri əlavə edilsin.

10. 33.2-ci maddəyə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:

«Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.».

11. 33.4-cü maddəyə aşağıdakı redaksiyada dördüncü və beşinci abzaslar əlavə edilsin:

«Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı gün vergi orqanına verməlidir.

Ödəmə mənbəyində vergiyə cəlb edilməyən (cəlb edilməsi mümkün olmayan) gəlirləri olan, əmlakın icarəyə verilməsindən və ya royaltidən gəlirləri olan, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni, gəlir əldə etmək hüququ yarandığı gündən vergi orqanına verməlidir.».

12. 33.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"33.7. Müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr aşağıdakı qaydada mərkəzləşdirilmiş uçota alına bilər:

33.7.1. İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanı tərəfindən aparılır.

33.7.2. İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

33.7.3. Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar.

33.7.4. Mərkəzləşdirilmiş uçota alınmış iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotu bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

33.7.5. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra, 15 gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.

33.7.6. Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, onların xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması barədə onların mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həyata keçirilməlidir.

33.7.7. İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanı tərəfindən hər il may ayının 15-dək qərar qəbul edilir.

33.7.8. İri vergi ödəyicilərinə aid edilən müəssisələrin mərkəzləşdirilmiş uçota alınması onların mərkəzləşdirilmiş uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir.

33.7.9. Müvafiq icra hakimiyyəti orqanı hər il iyun ayının 15-dək olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınmış və ya mərkəzləşdirilmiş uçotdan çıxarılmış iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış forma üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim edir.".

13. 33.8-ci maddədə "qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir" sözləri "aşağıdakı qaydada aparılır:" sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı redaksiyada 33.8.1 - 33.8.9-cu maddələr əlavə edilsin:

"33.8.1. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.

33.8.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması üçün verilən ərizə xarici hüquqi şəxs və ya onun müvəkkil etdiyi şəxs tərəfindən imzalanmalıdır.

33.8.3. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi orqanlarında uçota alınması üçün bu Məcəllənin 33.8-ci maddəsində göstərilənlərdən başqa digər sənəd və məlumatlar tələb olunmur.

33.8.4. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakılar əlavə edilməlidir:

33.8.4.1. xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış;

33.8.4.2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı;

33.8.4.3. təsis sənədləri;

33.8.4.4. rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd;

33.8.4.5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);

33.8.4.6. bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

33.8.4.7. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.

33.8.5. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakılar əlavə edilməlidir:

33.8.5.1. qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış;

33.8.5.2. təsis sənədləri;

33.8.5.3. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);

33.8.5.4. hüquqi şəxsin rəhbərinin (təmsilçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

33.8.5.5. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.

33.8.6. bu Məcəllənin 33.8.4.1-33.8.4.4-cü, 33.8.5.1-ci və 33.8.5.2-ci maddələrində göstərilən sənədlər müvafiq icra hakimiyyəti orqanı və ya Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələri) tərəfindən leqallaşdırılır.

33.8.7. 33.8.4-cü və 33.8.5-ci maddələrdə göstərilən sənədlər Azərbaycan dilinə notariat qaydasında təsdiqlənən tərcümə ilə birgə ərizəyə əlavə edilir.

33.8.8. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-nin ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:

33.8.8.1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə;

33.8.8.2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda.

33.8.9. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və VÖEN-nin ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:

33.8.9.1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyata alındığı (inkorporasiya) dövlətdə ləğv edildikdə;

33.8.9.2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə.».

14. 33-cü maddəyə aşağıdakı redaksiyada 33.9-cu maddə əlavə edilsin:

«33.9. Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır.».

15. 34.1-ci maddənin ikinci abzasında "təsis sənədlərinin" sözlərindən sonra «, rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin» sözləri və həmin maddəyə aşağıdakı redaksiyada üçüncü və dördüncü abzaslar əlavə edilsin, üçüncü-beşinci abzaslar müvafiq olaraq beşinci-yeddinci abzaslar hesab edilsin:

“Vergi ödəyiciləri olan hüquqi şəxslər onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar.

Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir.".

16. 34.2-ci maddənin birinci abzasına aşağıdakı məzmunda ikinci-dördüncü cümlələr əlavə edilsin:

"Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.".

17. 34.4-cü maddədə ikinci abzas çıxarılsın.

18. 34.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

«34.7. Vergi ödəyiciləri mühasibat, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər.

34.7.1. Vergi ödəyicilərinin hər hansı tədiyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə, ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir.

34.7.2. Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır.

34.7.3. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

34.7.3.1. fəaliyyətinə xitam verildikdə;

34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

34.7.3.3. vəfat etdikdə.

34.7.4. Vergi ödəyicisi uçotdan çıxarıldıqda, onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilir. Vergi orqanı şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.».

19. 34.8-ci maddə aşağıdakı redaksiyda verilsin:

"34.8. Uçot məlumatları əsasında müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicilərinin vahid dövlət reyestrini bu Məcəlləyə müvafiq olaraq aparır.

“34.8.1. Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. Vahid dövlət reyestri kağız və (və ya) elektron yazıları formasında aparılmalıdır.

34.8.2. Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakılardan ibarətdir:

34.8.2.1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması;

34.8.2.2. ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması;

34.8.2.3. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması;

34.8.2.4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi.

34.8.3. Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicilərinin vahid dövlət reyestrinin məlumat bankının aparılmasını, onun bütövlüyünü və qorunmasını təmin edir, rəsmi sorğulara cavab olaraq bu Məcəllədə müəyyən edilmiş qaydada vahid dövlət reyestrindən çıxarışı təqdim edir.”.

20. 35-ci maddə aşağıdakı redaksiyada verilsin:

“35.1. Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra, bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

35.2. Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə- dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.

35.3. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

35.4. Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə bank idarəsinin müvafiq qeydləri aparıldıqdan sonra onu vermiş vergi orqanına qaytarılır.

35.5. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda hesab açmaq olar.

35.6. Şəhadətnamə-dublikatın bildiriş hissəsi vergi ödəyicisi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir.”.

21. 37.4-cü maddəyə aşağıdakı redaksiyada ikinci abzas əlavə olunsun:

«Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan bu Məcəllədə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergilər hesablanır.».

22. 38.2-ci maddədə ikinci abzasda «bir aydan» sözləri «30 gündən» sözləri ilə, «3 aya» sözləri «90 günə» sözləri ilə, üçüncü abzasda «1 aydan» sözləri «30 gündən» sözləri ilə əvəz edilsin.

23. 40.3-cü maddənin birinci abzasının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

«Həmin akta əsasən vergi orqanının odənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır.».

24. 42.2-ci maddənin dördüncü cümləsində «vergi ödəyicisi haqqında özündə olan məlumatlar və ya analogiya üzrə» sözləri «bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada» sözləri ilə əvəz edilsin.

25. 43.2-ci maddənin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “bu maddəyə uyğun” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı redaksiyada 43.2.1 - 43.2.9-cu maddələr əlavə edilsin:

“43.2.1. Səyyar vergi yoxlaması zamanı nümunə kimi əşyalar aşağıdakı məqsədlər üçün götürülür:

43.2.1.1. gəlirdən çıxılan xərclərə aid edilən malların (işlərin, xidmətlərin) dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənşəyi və digər göstəriciləri ilə uyğunluğunun yoxlanılması;

43.2.1.2. malların (işlərin, xidmətlərin) təqdim olunmasından əldə edilən və uçota alınan gəlirin həmin malların (işlərin, xidmətlərin) fiziki və keyfiyyət göstəriciləri, növü, mənşəyi və digər göstəricilərinə uyğunluğunun yoxlanılması;

43.2.1.3. malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin müəyyənləşdirilməsi;

43.2.1.4. vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi;

43.2.1.5. vergi qanunvericiliyinin pozulmasının sübut edilməsi məqsədi ilə əşyaların nümunə kimi götürülməsi zəruri olan digər hallarda.

43.2.2. Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə bu Məcəllənin 43.2-ci maddəsində müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi həmin gün vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir. Həmin məlumatda əşyaların nümunə kimi götürülməsi əsaslandırılmalıdır.

43.2.3. Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir.

43.2.4. Səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi haqqında qərarın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

43.2.5. Vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir.

43.2.6. Səyyar vergi yoxlaması keçirilərkən əşyaların nümunə kimi götürülməsinin miqdarı, həcmi və götürülmə ilə əlaqədar digər şərtlər Azərbaycan Respublikasının ərazisində qüvvədə olan standartlara və normativlərə əsasən müəyyən edilir.

43.2.7. Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla 30 gündən artıq olmayan müddətə götürülə bilər.

43.2.8. Nümunə kimi götürülmüş əşyaların saxlanılması və onların qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi vergi orqanının hesabına həyata keçirilir.

43.2.9. Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar vergi ödəyicisinə qaytarılır. Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə isə onların dəyəri vergi orqanı tərəfindən ödənilir.".

26. 43-cü maddəyə aşağıdakı redaksiyada 43.10-cu maddə əlavə edilsin:

"43.10. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır.".

27. 43.10-cu maddə 43.11-ci maddə hesab edilsin.

28. Aşağıdakı redaksiyada 50-ci maddə əlavə edilsin:

«Maddə 50. Operativ vergi nəzarəti

50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:

50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar edilməsi;

50.1.2. aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi;

50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;

50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi;

50.1.5. birdəfəlik rüsumun alınması qaydalarına riayət olunması;

50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi;

50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi;

50.1.8. bu Məcəllənin 23.1.3-cü maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə aparılması.

50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır:

50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;

50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;

50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;

50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda.

50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicisinin və ona məxsus obyektin adı, eyniləşdirmə nömrəsi, ünvanı və yaxud bu Məcəllənin 50.1.1-ci, 50.1.2-ci və 50.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.

50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması bu Məcəllənin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

50.7. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edilir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərini həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi–fərdi sahibkara münasibətdə tətbiq edilməsi Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinə uyğun olaraq həyata keçirilir.».

29. 50–ci maddə müvafiq olaraq 51-ci maddə hesab edilsin.

30. 51-ci maddə müvafiq olaraq 52-ci maddə hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

«52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.

52.2. Vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialarına Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə müvafiq olaraq baxılır.

52.3. Məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.».

31. 52-ci maddə çıxarılsın.

32. 53.3-cü maddədə “Qanunla müəyyən edilmiş qaydada və” sözləri “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya” sözləri ilə əvəz edilsin.

33. 53.7-ci maddə çıxarılsın və 53.8-ci maddə müvafiq olaraq 53.7-ci maddə hesab edilsin.

34. 56.2-ci maddə çıxarılsın.

35. 57.1-ci maddədə birinci abzas aşağıdakı redaksiyada verilsin:

«57.1. Vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbirinin (onun müavininin) qərarına əsasən şərti maliyyə vahidinin 40 misli miqdarında maliyyə sanksiyası tətbiq edilir.».

36. 57.1-ci maddənin ikinci abzası çıxarılsın.

37. 57.2-ci maddə çıxarılsın.

38. 58-ci maddə aşağıdakı redaksiyada verilsin:

“58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.2. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə şərti maliyyə vahidinin 40 misli miqdarında maliyyə sanksiyası tətbiq edilir.

58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”.

39. 59.2-ci maddədə «yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və» sözləri çıxarılsın və aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

«Bu faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.».

40. 60.1.1-ci maddədə «vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin verildiyini təsdiq edən sənəd» sözləri «bu Məcəllənin 35-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat» sözləri ilə, «aylıq gəlirin vergi tutulmayan məbləğinin 10» sözləri «şərti maliyyə vahidinin 400 misli" sözləri ilə əvəz edilsin.

41. 60.1.2-ci maddədə «vergi qalıqları və faizlər üzrə borcların vergi ödəyicisi olan hüquqi şəxslərin» sözləri «vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin» sözləri ilə, «10» rəqəmi «20» rəqəmi ilə əvəz edilsin.

42. 65.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.».

43. 65.2-ci maddədə «vergilər və ya faizlər» sözləri «vergilər, faizlər və ya tətbiq edilmiş maliyyə sanksiyaları» sözləri ilə əvəz edilsin və «vergilər üzrə borcların və faizlərin» sözlərindən sonra «, tətbiq edilmiş maliyyə sanksiyalarının» sözləri əlavə edilsin.

44. 65.4-cü maddəsində «yerinə yetirilməsinə» sözləri «,tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə» sözləri ilə əvəz edilsin, 65.6-cı və 65.7-ci maddələrdə «borcların və faizlərin» sözlərindən sonra «,tətbiq edilmiş maliyyə sanksiyalarının» sözləri əlavə edilsin.

45. 65.5-ci maddənin ikinci abzasında «verilməsi barədə» sözlərindən sonra «və yaxud bu Məcəllənin 89.15-ci maddəsində nəzərdə tutulmuş əmlakın siyahıya alınmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılıq verilməməsi barədə» sözləri əlavə edilsin.

46. 67.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"67.1. Vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:

67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;

67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;

67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri bərədə rəsmi məlumatlar;

67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri maddə əmlak bərədə rəsmi məlumatlar;

67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;

67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;

67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;

67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;

67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.".

47. 67-ci maddədəyə aşağıdakı redaksiyada 67.2 - 67.10-cu maddələr əlavə edilsin:

"67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:

67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;

67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;

67.2.3. fəaliyyət göstərilən ərazi.

67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır.

67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır.

67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır.

67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır.

67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır.

67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir.».

48. 67.2-ci, 67.3-cü və 67.4-cü maddələr müvafiq olaraq 67.11-ci, 67.12-ci və 67.13-cü maddələr hesab edilsin.

49. 83.2.4-cü maddədə «digər məlumata» sözlərindən sonra «,o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara» sözləri əlavə edilsin.

50. 83.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

«83.3. Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır.».

51. 85.6.1-ci maddədə “zərər dəydikdə” sözlərindən sonra nöqtəli vergül nöqtə ilə əvəz edilsin və aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin: “Bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir;”.

52. 85.6.2-ci maddədə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Bu halda vergi ödəyicisi müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, hesablaşma, valyuta, depozit və digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayışları təqdim etməlidir.”.

53. 85.9-cu maddədə ikinci cümlə çıxarılsın və aşağıdakı redaksiyada ikinci və ücüncü çümlələr əlavə edilsin:

«Müraciət vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövrü üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir.».

54. Aşağıdakı redaksiyada 85.13 - 85.16-cı maddələr əlavə edilsin:

"85.13. Girov müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı xərclər vergi ödəyicisi tərəfindən ödənilir.

85.14. Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

85.14.1. vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;

85.14.2. bu Məcəllənin 85.8-ci maddəsində nəzərdə tutulmuş halda;

85.14.3. vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə.

85.15. Bu Məcəllənin 85.14-cü maddəsində nəzərdə tutulmuş hallarda vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar vermiş vergi orqanı 5 gün müddətində vergi ödəyicisinə bu barədə məlumat verməlidir. Vergi ödəyicisi məlumatı aldığı tarixdən 30 gün müddətində borc məbləğini və ödəmə gününə qədər həmin məbləğə qanunvericiliyə uyğun olaraq hesablanmış faizləri büdcəyə ödəməlidir.

85.16. Müvafiq icra hakimiyyəti orqanı rüblər üzrə (dövrü olaraq) müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.”.

55. 88.0.1-ci maddədə «hesablanmış» sözündən əvvəl «yaranma tarixi ardıcılığı ilə» sözləri əlavə edilsin.

56. 89.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə, bu öhdəliyin yerinə yetirilməsini, habelə göstərilən müddətdə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Lakin göstərilən müddət ərzində vergi öhdəliyi yerinə yetirilərsə, əmlakın siyahıya alınması istisna edilir.».

57. 89.3-cü maddədə birinci abzasda «vergi ödəməkdən» sözləri «vergi öhdəliyini yerinə yetirməkdən», «vergini» sözü «vergi öhdəliyini», ikinci abzasda «vergini ödəmədikdə» sözləri «vergi öhdəliyini yerinə yetirmədikdə» sözləri ilə əvəz edilsin.

58. 89.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

«89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi ücün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.».

59. Aşağıdakı redaksiyada 89.13–89.15–cü maddələr əlavə edilsin:

«89.13. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir:

89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması vergi ödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir.

89.13.2. Aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) miqdarı muvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.

89.13.3. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) muvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan siyahısı tərtib edilir. Siyahıda həmin malların adı, fərqləndirici əlamətləri, mənşə mənbəyi, alış və satış qiymətləri, vergi orqanının adı, siyahıya almanı həyata keçirən vəzifəli şəxslərin adı, soyadı və atasının adı, siyahıya almanın həyata keçirildiyi tarix və yer, vergi ödəyicisi və onun nümayəndəsi haqqında məlumat, müşahidəçilər və dəvət olunmuş mütəxəssislər haqqında məlumatlar əks etdirilir.

89.13.4. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir.

89.13.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində göstərilən inzibati xətalara yol vermiş vəzifəli şəxs (şəxslər) barəsində həmin Məcəlləyə müvafiq olaraq protokol tərtib olunur.

89.13.6. Tərtib olunmuş aktın, siyahının və protokolun surətləri vəzifəli şəxsə verilir.

89.13.7. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınmasını həyata keçirən vergi orqanının nümayəndəsi həmin malların siyahıya alınması prosesində vergi ödəyicisinin və ya onun nümayəndəsinin iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.

89.13.8. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması prosesində vergi orqanının nümayəndəsi vergi ödəyicisinə və ya onun nümayəndəsinə hüquq və vəzifələrini izah etməlidir.

89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir:

89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur.

89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir.

89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür.

89.14.4. Malların obyektdən götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:

89.14.4.1. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

89.14.4.2. protokolun tərtib edildiyi tarix və yer;

89.14.4.3. malları götürülən şəxs barədə məlumat;

89.14.4.4. protokolun tərtibində iştirak edən müşahidəçilər barədə məlumat;

89.14.4.5. götürülən malların siyahısı və miqdarı barədə məlumat.

89.14.5. Malların götürülməsi haqqında protokol vergi orqanının vəzifəli şəxsləri, habelə vergi ödəyicisi (və ya onun nümayəndəsi), obyektin məsul şəxsi və müşahidəçilər tərəfundən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə həmin protokolda bu barədə müvafiq qeyd aparılır.

89.14.6. Götürülən mallar inzibati xəta haqqında işə baxılanadək, vergi orqanının müəyyən etdiyi yerdə digər vergi ödəyicisinə və ya vəzifəli şəxsə məsul saxlamaya qoyulmaq üçün təhvil verilir.

89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır.

89.14.8. Tərtib olunmuş aktlara və protokollara müvafiq olaraq bu Məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq baxılır.

89.15. Azərbaycan Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilən, lakin özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş və ya özəlləşdirilməsi başa çatmamış vergi ödəyicilərinin əmlakının siyahıya alınması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir.

Vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında banka və ya digər kredit təşkilatına sərəncam verilən gündən 15 gün müddətində vergi orqanı, bu maddədə göstərilən əmlakın siyahıya alınmasına razılıq bildirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət edir. Əmlakın siyahıya alınmasına bir ay müddətində razılıq verildikdə, sayahıya alınma vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.».

60. 90.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra - hərrac) satılması haqqında məhkəmənin qərarı qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və həmin əmkak aşağıdakı qaydada satılır:

90.3.1. Əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir.

90.3.2. Hərracın təşkilatçısı kimi ixtisaslaşdırılmış təşkilat çıxış edir. İxtisaslaşdırılmış təşkilat hərracı məhkəmə icracısının sifarişi əsasında həyata kecirir.

90.3.3. Məhkəmə icraçısının sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir:

90.3.3.1. vergi ödəyicisinin əmlakının hərracda satışı barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

90.3.3.2. icraata başlanılması barədə məhkəmə qərarına əsasən verilən icra sənədi;

90.3.3.3. əmlakın ilkin satış qiyməti barədə məlumat;

90.3.3.4. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;

90.3.3.5. əmlak üzərinə həbs qoyulması haqqında məhkəmə icraçısı tərəfindən tərtib edilmiş aktın surəti;

90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlər;

90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;

90.3.3.8. uzunmüddətli icarə hüququ satıldıqda, müqavilənin surəti və qanunvericiliklə nəzərdə tutulmuş hallarda belə müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

90.3.3.9. tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsinin ayrılması barədə qərarın və tikintiyə razılıq verilməsi haqqında sənədin surəti.

Məhkəmənin qərarı qüvvəyə mindiyi gün siyahıya alınmış əmlakın yararlılıq müddəti 60 gündən tez başa çatdıqda və ya qida məhsulu olduqda məhkəmə icraçısı hərracın təşkilatçısına sənədləri 3 gün müddətində təqdim etməlidir.

90.3.4. Hərracın təşkilatçısı bu Məcəllənin 90.3.3-cü maddəsində göstərilən sənədləri aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən azı 30 gün, yararlılıq müddəti başa çatmaqda və ya qida məhsulu olan əmlak satıldıqda isə ən azı 7 gün qalmış kütləvi informasiya vasitələrində hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.

90.3.5. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

90.3.5.1. hər bir lot üzrə ayrı-ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, yerləşdiyi ünvan;

90.3.5.2. siyahı üzrə əmlakın ayrı-ayrılıqda ilkin satış qiyməti;

90.3.5.3. hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;

90.3.5.4. əmlakın sahibi barədə məlumat;

90.3.5.5. ilkin satış qiymətinin daşınmaz əmlakın 5 faizi, daşınan əmlakın 10 faizi həcmində hesablanan behin məbləği və həmin məbləğin köçürüləcəyi bank hesabı;

90.3.5.6. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları və bu hesablara köçürüləcək vəsaitin miqdarı;

90.3.5.7. hərracın keçirilmə tarixi, vaxtı və yeri, əlaqə telefonunun nömrəsi;

90.3.5.8. hərracın təşkilatçısının adı, ünvanı, əlaqə telefonu və sair rekvizitləri.

90.3.6. Məlumatın dərc edildiyi andan qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır.

Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.

90.3.7. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə bildiriş təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər.

90.3.8. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilir və sifarişə aşağıdakı sənədlər əlavə edilir:

90.3.8.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;

90.3.8.2. fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

90.3.8.3. hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti.

90.3.9. Hərracın təşkilatçısı tərəfindən aşağıdakı hallar müəyyən edildikdə, şəxslər hərracda iştirak etmək üçün buraxılmırlar:

90.3.9.1. hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma yaxud müflis vəziyyətində olduqda;

90.3.9.2. şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;

90.3.9.3. sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;

90.3.9.4. ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;

90.3.9.5. məlumatda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda.

90.3.10. Sənədlərin qəbulundan imtina hərracın təşkilatçısı tərəfindən əsasları göstərilməklə edilir. Ərizəni və sənədləri qəbul edilməyən şəxslərin sənədləri, imtinanın əsasları yazılı surətdə bildirilməklə, növbəti iş günü ərzində qaytarılır.

90.3.11. Hərracda iştirak etmək üçün şəxslər ərizəni və ona əlavə olunmuş sənədləri, habelə təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısını hərracın təşkilatçısına təqdim edirlər.

Hərracın təşkilatçısı hər bir ərizəni və ona əlavə olunmuş sənədləri verilmə tarixi və vaxtını göstərməklə xüsusi jurnalda ardıcıllıqla qeyd edir.

Hərracın təşkilatçısı təqdim olunan sənədlərin siyahısının bir nüsxəsində ərizənin verilmə tarixini və vaxtını, habelə qeydiyyat jurnalındakı nömrəsini göstərməklə sifarişçiyə qaytarır.

90.3.12. Hərrac iştirakçılarına onların hərracda iştirak etmək nömrəsini əks etdirən bilet verilir.

90.3.13. Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir.

Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır.

Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır.

90.3.14. Hərracda iştirak etmək üçün müraciət edən şəxslərin hərraca buraxılıb-buraxılmaması barədə hərracın təşkilatçısının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda müraciətləri (ərizələri) qəbul edilən və rədd edilən şəxslərin adları qeyd edilir. Müraciətlərinin (ərizələrinin) rədd edilməsinin əsasları şəxslərə yazılı surətdə bildirilir.

Müraciətlərin (ərizələrin) qəbuluna dair protokol imzalandıqdan sonra müvafiq şəxslər hərracın iştirakçısı statusunu əldə edir.

90.3.15. Hərracın təşkilatçısı təqdim olunmuş ərizələrin və onlara əlavə olunmuş sənədlərin müvafiq qaydada saxlanılması üçün zəruri tədbirlər görür.

90.3.16. İcra sənədi icraya təqdim edildiyi gündən 10 gün müddətində sifarişçi tərəfindən tərkibi 5 nəfərdən ibarət hərrac komissiyası (bundan sonra - komissiya) yaradılır və onun iş reqlamenti təsdiq olunur.

90.3.17. Komissiyanın tərkibinə hərracın sifarişçisi, hərracın təşkilatçısı və hər birindən bir nəfər olmaqla müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri daxil edilir. Satıcı komissiyanın sədridir.

90.3.18. Komissiya onun iclasında komissiya üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Komissiyanın hər bir üzvü bir səsə malikdir. Səslər bərabər bölündükdə, komissiya sədrinin səsi həlledici hesab olunur.

90.3.19. Komissiya:

90.3.19.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;

90.3.19.2. satışın baş tutub-tutmadığını təsdiq edir;

90.3.19.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı baş tutmamış elan edir;

90.3.19.4. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir.

90.3.20. Hərrac aşağıdakı qaydada keçirilir:

90.3.20.1. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərrəcda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;

90.3.20.2. hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu vaxt hərracı aparan şəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;

90.3.20.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;

90.3.20.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində 90.3.5-ci maddədə qeyd olunan elan dərc olunur. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 10 faizi, üçüncü və dördüncü hərraclarda isə müvafiq olaraq 20 və 40 faizinədək aşağı salına bilər;

90.3.20.5. bu zaman ikinci və sonrakı hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır;

90.3.20.6. yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır;

90.3.20.7. hərrac başa çatdıqdan sonra komissiya hərracın yekunları üzrə iki nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq komissiyanın sədri, sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;

90.3.20.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən 2 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və komissiya hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmalıdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun alınma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və qanunvericiliyə müvafiq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 gün müddətində imzalanmalıdır;

90.3.20.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Ziyanın məbləği sifarişçinin və qalib gəlmiş şəxsin razılığı əsasında müəyyən edilir. Tərəflər razılığa gəlmədikdə, zərərin məbləği onların birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilir;

90.3.20.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarılır;

90.3.20.11. hərrac baş tutmadığı hallarda komissiya tərəfindən protokol tərtib edilir.

90.3.21. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 15 təqvim günü müddətində hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi haqqında elanın verildiyi kütləvi informasiya vasitələrində verilir.

90.3.22. Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş bank günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür. Hərracın təşkilatçısı hərracın keçirilməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən sənədləri sifarişçi təqdim edir.

90.3.23. Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir.

90.3.24. Siyahıya alınmış əmlakın açıq hərracda satışında bu Məcəllənin 90.3.17-ci maddəsinə müvafiq olaraq komissiyanın tərkibinə daxil edilən təşkilatların vəzifəli şəxslərinin birbaşa və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir.».

61. 90.4-cü maddədə «vəsaitin qalan hissəsi» sözlərindən sonra «vergi ödəyicisinin yeni borcu yaranmadıqda» sözləri əlavə edilsin.

62. 98.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"98.2.5. bütün növ icbari sığortalar və könüllü tibbi sığorta üzrə, habelə 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyat yığım sığortası və pensiya sığortası üzrə işə götürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyat yığım sığortası və pensiya sığortası üzrə həmin müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər, o cümlədən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq istisna olmaqla, işə götürən tərəfindən sığortacıya ödənilən bütün sığorta haqqları;».

63. 101-ci maddədəki cədvəllər aşağıdakı redaksiyada verilsin:

1-ci cədvəl

Vergi tutulan aylıq gəlirin məbləği Vergi məbləği

150000 manatadək Vergi tutulmur150001 manatdan – 3000000 manatadək 150000 manatdan cox olan məbləğin 14 faizi

3000000 manatdan çox olduqda 399000 manat + 3000000 manatdan çox olan məbləğin 35 faizi

2-ci cədvəl

Vergi tutulan illik gəlirinməbləği Vergi məbləği

1800000 manatadək Vergi tutulmur1800001 manatdan – 36000000 manatadək 1800000 manatdan cox olan məbləğin 14 faizi

36000000 manatdan çox olduqda 4788000 manat + 36000000 manatdan çox olan məbləğin 35 faizi

64. 102.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«102.1.1. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir.».

65. 102.1.3.1-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 mislinədək" sözləri "şərti maliyyə vahidinin 1000 mislinədək" sözləri ilə, “100” rəqəmi “2000” rəqəmi ilə, “1000” rəqəmi “20000” rəqəmi ilə əvəz edilsin.

66. 102.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"102.1.8 Sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait.".

67. 102.1.13-cü maddədə “lotereyalardan” sözündən sonra “habelə dövlət daxili uduşlu istiqrazlardan”sözləri əlavə edilsin.

68. 102.1.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

"102.1.14. Fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr:

102.1.14.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği;

102.1.14.2. qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;

102.1.14.3. işçilərin sayının və ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;

102.1.14.4. ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri;

102.1.14.5. əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;

102.1.14.6. istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;

102.1.14.7. alınmamış və deponent olmuş əmək haqqının indeksləşdirmə məbləğləri;

102.1.14.8. təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;

102.1.14.9. verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri;

102.1.14.10. dalğıc işləri üçün pul mükafatı;

102.1.14.11. dəfn müavinəti;

102.1.14.12. müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş birdəfəlik maddi yardımların məbləğləri;

102.1.14.13. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;

102.1.14.14 işsizlik müavinəti;

102.1.14.15. Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edən hərbiçilərə verilən pul əlavəsi;

102.1.14.16. pul təminatına üstəlik, o cümlədən bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;

102.1.14.17. işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği;

102.1.14.18. kursant vəzifəsi üçün ödənilən əlavə məbləğlər;

102.1.14.19. paraşütlə tullanmaq üçün pul mükafatı;

102.1.14.20. hərbi gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;

102.1.14.21. hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;

102.1.14.22. hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik pul mükafatı;

102.1.14.23. hərbi dəniz donanmasında xidmət edənlər üçün pul təminatı;

102.1.14.24. döyüş növbəçiliyində olanlar üçün pul mükafatı;

102.1.14.25. qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik pul mükafatı;

102.1.14.26. müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı;

102.1.14.27. gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti;

102.1.14.28. xidmətlə əlaqədar hərbiçilərə yerdəyişmələr vaxtı verilən yol xərcləri;

102.1.14.29. hərbçilərə səhrada (çöldə) xidmət pulu;

102.1.14.30. hərbiçilərə mənzilin kirayəsi üçün kompensasiya;

102.1.14.31. hərbiçilərə ərzaq əvəzinə verilən pul kompensasiyası;

102.1.14.32. hərbiçilərə iş paltarlarının tikilişinə görə verilən pul kompensasiyası.".

69. 102.1.15-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 200 mislinədək" sözləri "şərti maliyyə vahidinin 4000 mislinədək" sözləri ilə, “10” rəqəmi “200” rəqəmi ilə əvəz edilsin.

70. 102.2-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 20 misli" sözləri "şərti maliyyə vahidinin 400 misli" sözləri ilə əvəz edilsin.

71. 102.3-cü maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 5 misli" sözləri "şərti maliyyə vahidinin 100 misli" sözləri ilə əvəz edilsin.

72. 102.4-cü maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 3 misli" sözləri "şərti maliyyə vahidinin 55 misli" sözləri ilə əvəz edilsin.

73. 102.5-ci maddənin birinci abzasında "aylıq gəlirin vergi tutulmayan məbləğinin 1 misli" sözləri "şərti maliyyə vahidinin 20 misli" sözləri ilə əvəz edilsin.

74. 105.1-ci maddədə "25" rəqəmi "24" rəqəmi ilə əvəz edilsin.

75. 106.3-106.8-ci maddələr çıxarılsın.

76. 114.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"114.2. Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

114.2.1. elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;

114.2.2. məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);

114.2.3. heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;

114.2.4. istismar vaxtı çatmayan çoxillik əkmələr;

114.2.5. kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);

114.2.6. tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;

114.2.7. konservasiya edilmiş əsas vəsaitlər;

114.2.8. ümumi istifadədə olan avtomobil yolları;

114.2.9. ümumi istifadədə olan parklardakı avadanlıqlar;

114.2.10. istismara verilməmiş anbarda olan əsas vəsaitlər.”.

77. 114.3.8-ci maddədə "kapital qoyuluşları" sözlərindən sonra "habelə lizinq obyekti olan əmlak" sözləri əlavə edilsin.

78. 114.6-cı maddənin ikinci abzasında və 114.8-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 5 mislindən" sözləri "şərti maliyyə vahidinin 100 mislindən" sözləri ilə əvəz edilsin, 114.6-cı maddənin ikinci abzasında «habelə əvvəlki» sözləri «habelə cari» sözlər ilə əvəz edilsin.

79. 115.1-ci maddənin birinci cümləsindən "balans üzrə" sözləri çıxarılsın və "dəyərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri “dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-cü maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi" sözləri ilə əvəz edilsin.

80. 115.2-ci maddədə «növbəti» sözü «cari» sözü ilə əvəz edilsin və aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:

"Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.".

81. 115.3-cü maddədə "qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri "bu Məcəllənin 115.4 – 115.8-ci maddələrinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

82. Aşağıdakı redaksiyada 115.4 - 115.8-ci maddələr əlavə edilsin:

“115.4. İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.

115.5. Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır.

115.6. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.

115.7. Əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və bu Məcəllənin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.

115.8. Bu Məcəllənin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir.".

83. 121.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«121.1 Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirlərdən artıq olan hissəsi cari ilin mənfəətinin 20 faizindən çox olmayan hissəsi hesabına və ya beş ilədək davam edən sonrakı dövrdə illər üzrə bərabər hissələrlə həmin illərin mənfəəti hesabına kompensasiya edilir.».

84. 126-cı maddənin adında «mənfəətindən» sözündən sonra «ödəmə mənbəyində» sözləri əlavə edilsin və həmin maddənin mətnində «qeyri-rezidentin xeyrinə» sözləri «qeyri-rezidentə» sözləri ilə əvəz edilsin.

85. 149.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

«Hüquqi şəxsin ləğv edilməsi haqqında qərarda göstərilən ləğv olunma tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün ərzində ləğvetmə komissiyası vergi orqanına bəyannamə verməyə borcludur.».

86. 150.1.6-cı maddədə «124-cü və ya 125-ci» sözləri «124-cü, 125-ci və ya 126-cı» sözləri ilə əvəz edilsin.

87. 151.3-ci maddədə birinci cümlədə «seçir və» sözlərindən sonra «hər il aprel ayının 15-dək» sözləri əlavə edilsin.

88. 151.5-ci maddədə “cari vergi ödənişləri qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri ““(bundan sonra - əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata kecirilir:” sözləri ilə əvəz edilsin və aşağıdakı redaksiyada 151.5.1 - 151.5.8-ci maddələr əlavə edilsin:

“151.5.1. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

151.5.2. Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

151.5.3. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və 20 gün müddətində təqvim ili ərzində artan yekunla mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.

151.5.4. Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

151.5.5. Bu Məcəllənin 151.5.4-cü maddəsində müəyyən edilmiş faiz bu Məcəlləyə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

151.5.6. Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

151.5.7. Sadələşdirilmiş verginin ödəyiciləri əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındıqdan sonra cari vergi ödəmələrinin məbləği bu Məcəlləyə uyğun olaraq müəyyən edilir.

151.5.8. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri bu Məcəllənin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq vergini əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.».

89. 155.1-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 1250 mislindən" sözləri "şərti maliyyə vahidinin 22500 mislindən" sözləri ilə əvəz edilsin.

90. 157.2-ci maddədə «gec olmayaraq ona» sözlərindən sonra «müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə» sözləri və 157.2-ci maddəyə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:

«ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.».

91. 157.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

«Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur.».

92. 157-ci maddəyə aşağıdakı redaksiyada 157.6-cı – 157.8-ci maddələr əlavə edilsin:

«157.6. ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir.

157.7. ƏDV ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı ləğv edildikdə, ƏDV ödəyiciləri barəsində məlumatlar ƏDV ödəyicilərinin dövlət reyestrindən silinməli və verilmiş qeydiyyat bildirişi geri alınmalıdır.

157.8. Bu Məcəllə ilə müəyyən olunmuş hallarda rəsmi sorğulara əsasən sorğu edənə “ƏDV ödəyicilərinin reyestrindən çıxarış” verilir.».

93. 158.2-ci maddənin birinci cümləsində "aylıq gəlirin vergi tutulmayan məbləğinin 2500 mislindən" sözləri "şərti maliyyə vahidinin 45000 mislindən" sözləri ilə, «iki» sözü «bir» sözü ilə əvəz edilsin.

94. 164.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

«164.1.5. idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda).».

95. 164.1.7-ci maddə çıxarılsın və 164.1.8-164.1.12-ci maddələr müvafiq olaraq 164.1.7-164.1.11-ci maddələr hesab edilsin.

96. 165.1.2-ci maddədə «malların alınması, işlərin görülməsi, xidmətlərin göstərilməsi və bunların idxalı» sözləri «malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi» sözləri ilə əvəz edilsin.

97. 165-ci maddəyə aşağıdakı redaksiyada 165.1.6-cı maddə əlavə edilsin:

«165.1.6. beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı 49 faizdən çox olmadıqda, həmin vəsaitlər hesabına kreditləri və borcları alan şəxs tərəfindən malların (işlərin, xidmətlərin) alınması və bunların idxalı.».

98. 168.1-ci maddədə «Məcəllənin» sözü «fəsilin» sözü ilə əvəz edilsin.

99. 169.1-ci maddədə “169.2-ci maddəsində” sözləri “169.2-ci və ya 169.5-ci maddələrində” sözləri ilə əvəz edilsin.

100. 169.4-cü maddədə «Tutulan verginin ödənilməsi üçün tərtib olunan» sözləri «Hesablanan verginin ödənilməsini təsdiq edən» sözləri ilə əvəz edilsin.

101. 169.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"169.5. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyənnaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.".

102. 169-cu maddəyə aşağıdakı redaksiyada 169.7-ci maddə əlavə edilsin:

"169.7. Vergi agenti qeyri-rezidentə ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin hesablanması barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannamə təqdim etməlidir.".

103. 172.3-cü maddənin ikinci abzasında "müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydaya uyğun olaraq" sözləri "bu maddə ilə" sözləri ilə əvəz edilsin və bu maddəyə aşağıdakı redaksiyada 172.4 - 172.6-cı maddələr əlavə edilsin:

“172.4. Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin vergitutma bazası aşağıdakı kimi müəyyənləşdirilir:

172.4.1. Digər şəxs agent vasitəsi ilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.

Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Agentin digər şəxsdən aldığı vergi hesab-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.

172.4.2. Digər şəxs üçün vergi tutulan əməliyyatların vaxtı malların (işlərin, xidmətlərin) agentə verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) hissə-hissə (qismən) verildikdə, vergi tutulan əməliyyatların vaxtı hər hissə üçün ayrılıqda müəyyən edilir.

172.4.3. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə vergi hesab-fakturası verir. Vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) vergi hesab-fakturası verə bilməz.

172.4.4. Agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu xidmətlərin faktiki göstərildiyi vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır).

172.5. Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlarda ƏDV hesablanmasının sahəvi xüsusiyyətləri aşağıdakı qaydada müəyyənləşdirilir:

172.5.1. Lotereya keçirən şəxs üçün vergi tutulan əməliyyatların dəyəri lotereyaların satışından əldə olunan məbləğ hesab edilir.

172.5.2. Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq ümumi qaydada əvəzləşdirilir.

172.5.3. Azərbaycan Respublikası ərazisindən digər ölkələrə keçən marşrutlar üzrə turist xidmətləri göstərən şəxslər üçün turist xidmətlərinin (Azərbaycan Respublikası ərazisindən kənarda göstərilən xidmətlər istisna olmaqla) dəyəri, turist vərəqələrini təqdim edən şəxslər (agentlər) üçün isə bu təqdimetmə üzrə göstərilən xidmətlərin dəyəri vergitutma bazası hesab edilir.

172.5.4. Malların komisyon qaydada satışı zamanı komitent üçün vergitutma bazası komisyonçuya verilmiş malların dəyəridir (komisyon haqları çıxılmadan).

172.5.5. Komisyonçunun komitentdən aldığı vergi hesab-fakturası komisyonçuya ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir.

172.5.6. Komisyonçu komissiyaya götürdüyü malların dəyərinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq, malların alıcısına vergi hesab-fakturasını verə bilməz.

172.5.7. Komitent qeyri-rezident olduqda, bu Məcəllənin 172.3-cü maddəsinə əsasən malların komissiya qaydasında satışı üzrə əməliyyatlar agentin, yəni komisyonçunun apardığı əməliyyatlar hesab edilir.

Bu halda komisyonçu üçün vergitutma bazası komisyon qaydasında satdığı malların dəyəri, habelə komitentə göstərdiyi xidmətlərin dəyəri hesab edilir. Komisyonçunun vergi tutulan əməliyyatının dəyəri komisyon qaydasında satılan mallar üzrə komitentin müəyyən etdiyi satış qiyməti (ƏDV-siz) və komitentə göstərdiyi xidmətlər üzrə komitentdən almalı olduğu (aldığı) xidmət haqqıdır (mükafatdır).

Komisyonçu üçün vergi tutulan əməliyyatın vaxtı malların (işlərin, xidmətlərin) alıcılara (sifarişçilərə) təqdim etdiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) hissə-hissə (qismən) təqdim edildikdə, vergi tutulan əməliyyatın vaxtı malların (işlərin, xidmətlərin) hər hissəsi üçün ayrılıqda müəyyən edilir.

Komisyonçu idxal olunmuş mallara görə gömrük orqanlarına ƏDV ödəmişdirsə, bu ödəmənin yerinə yetirildiyini təsdiq edən sənədlər ƏDV ödəyicisi olan komisyonçuya həmin ƏDV məbləğinin əvəzləşdirmək hüququ verir. Komisyonçu vergi ödəyicisi olduqda, komissiya qaydasında təqdim etdiyi mallara ümumi qaydada ƏDV tətbiq etməlidir.

Komisyon qaydasında idxal olunmuş mallar ƏDV ödəyicisi olan komisyonçu tərəfindən satılmadan tam və ya qismən komitentin tapşırığı ilə Azərbaycan Respublikası ərazisində başqa şəxsə verildikdə, gömrük orqanlarına ödənilmiş ƏDV-nin əvəzləşdirilən məbləğinin malların satılmayan hissəsinə düşən məbləği komisyonçu tərəfindən büdcəyə hesablanmalıdır.

172.5.8. Digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxt, büdcəyə ƏDV-nin hesablanması, büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi və vergi hesab-fakturalarının tətbiqi, bu maddənin müddəaları nəzərə alınmaqla, bu Məcəlləyə uyğun olaraq ümumi qaydada müəyyənləşdirilir.

172.6. ƏDV ödəyicisi olan şəxslər tərəfindən bu maddədə göstərilən əməliyyatlardan başqa digər əməliyyatlar da həyata keçirildikdə, həmin əməliyyatların uçotu ayrıca aparılır.”.

104. 175.1-ci maddədə “nağdsız qaydada ödənilmiş” sözləri “nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) aparılmış ödəmələrdə” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı redaksiyada 175.1.3-cü maddə əlavə edilsin:

«175.1.3. vergi ödəyicisinə verilmiş vergi hesab fakturası üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.».

105. 175.2-ci maddədə «nağdsız qaydada ödənilmiş» sözlərindən sonra «(mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə)» sözləri, «istifadə olunan malların» sözlərindən sonra «(işlərin, xidmətlərin)» sözləri əlavə edilsin.

106. 175.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

«175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.».

107. 175.7-ci maddədə «nağdsız qaydada» sözlərindən sonra «(mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə)» sözləri əlavə edilsin.

108. 175.8-ci maddə çıxarılsın.

109. 176.4-cü maddənin ikinci cümləsində «(mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə)» sözləri çıxarılsın və «əvəzləşdirilməsinə əsas vermir» sözlərindən sonra «və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq aparılan əvəzləşdirilmə etibarsız hesab edilir» sözləri əlavə edilsin.

110. 190.2-ci maddənin əvvəlinə aşağıdakı sözlər əlavə edilsin:

“Azərbaycan Respublikasına idxal edilən aksizli mallara”.

111. 190-cı maddəyə aşağıdakı redaksiyada 190.3-cü və 190.4-cü maddələr əlavə edilsin:

“190.3. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) – hər litrinə 4000,0 manat;

190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 2500,0 manat;

190.3.3. konyak və konyak materialları - hər litrinə 1000,0 manat;

190.3.4. şampan şərabı - hər litrinə 1000,0 manat;

190.3.5. şərablar və şərab materialları - hər litrinə 500,0 manat;

190.3.6. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər – hər litrinə 400,0 manat;

190.3.7. bütün növ tütün məmulatları – hər min ədədinə 9000,0 manat.

190.4. Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.».

112. 198.1.1-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 mislinədək" və "300 mislindən çox" sözləri müvafiq olaraq "şərti maliyyə vahidinin 6000 mislinədək" və "6000 mislindən çox" sözləri ilə əvəz edilsin.

113. 198.1.2.1-ci və 198.1.2.2-ci maddələrdə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,02 faizi" sözləri "şərti maliyyə vahidinin 0,4 faizi" sözləri ilə əvəz edilsin.

114. 198.3-cü maddədə "Aylıq gəlirin vergi tutulmayan məbləğinə" sözləri "Şərti maliyyə vahidinə" sözləri ilə, "0,01" və "0,02" rəqəmləri müvafiq olaraq "0,2" və "0,4" rəqəmləri ilə əvəz edilsin.

115. 199.3-cü maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,5 misli" sözləri "şərti maliyyə vahidinin 30 misli" sözləri ilə əvəz edilsin.

116. 199.4.5-ci maddə çıxarılsın.

117. 199.6-cı maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 faizi" sözləri "şərti maliyyə vahidinin 10 misli" sözləri ilə əvəz edilsin.

118. 206.1-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 faizidir" sözləri "şərti maliyyə vahidinin 5 faizidir" sözləri ilə əvəz edilsin.

119. 206.3-cü maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğindən" sözləri "şərti maliyyə vahidindən" sözləri ilə əvəz edilsin və cədvəl aşağıdakı kimi verilsin:

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlarBakı 5,5 0,45

Gəncə, Sumqayıt 4,5 0,4

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 2,5 0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin qəsəbə və kəndləri istisna olmaqla) 1,0 0,1

120. 207.2-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 faizi" sözləri "şərti maliyyə vahidinin 10 misli" sözləri ilə əvəz edilsin.

121. 216.3-cü maddə çıxarılsın.

122. 218.1-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 1250" sözləri "şərti maliyyə vahidinin 22500" sözləri ilə əvəz edilsin, “habelə dövriyyəsindən asılı olmayaraq bu Məcəllənin 218.2-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan” sözləri çıxarılsın.

123. 218.2-ci maddə çıxarılsın və 218.3-cü maddə müvafiq olaraq 218.2-ci maddə hesab edilsin.

124. 218.3-cü maddənin altıncı abzasında "aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 min" sözləri "şərti maliyyə vahidinin 1000000" sözləri ilə əvəz edilsin.

125. 219.1-ci maddədə «(bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa)» sözləri cıxarılsın, 219.2-ci maddə çıxarılsın və 219.3-cü maddə müvafiq olaraq 219.2-ci maddə hesab edilsin.

126. 220.1-ci maddədə “(bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa)” sözləri çıxarılsın.

127. 220.2-ci maddə çıxarılsın və 220.3-cü, 220.4-cü və 220.5-ci maddələr müvafiq olaraq 220.2-ci, 220.3-cü və 220.4-cü maddələr hesab edilsin.

II. Bu Qanun 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin