Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 607; 2005, № 10, maddə 905; 2008, № 8, maddə 701; 2014, № 6, maddə 620; 2015, № 2, maddə 93, № 11, maddə 1255, № 12, maddə 1442; 2016, № 8, maddə 1367; 2017, № 6, maddə 1059; 2018, № 2, maddə 161) 15-ci maddəsinin birinci hissəsində “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin