Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ XANLAR RAYONUNUN PƏNAHLAR KƏNDİNİN ADININ DƏYİŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Xanlar rayonunun Pənahlar kənd inzibati ərazi dairəsi tərkibindəki Pənahlar kəndi Pənahlılar kəndi adlandırılsın, Pənahlar kənd inzibati ərazi dairəsi Pənahlılar kənd inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin