AZƏRBAYCAN RESPUBLİKASININQANUNU
AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
I. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №4, maddə 79; 1993-cü il, №5, maddə 132; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 378; 1998-ci il, №1, maddələr 15, 16; 1999-cu il, №4, maddə 228, №5, maddə 286; 2001-ci il, №6, maddələr 362, 363, №I2, maddələr 731, 736; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 568-IIQD saylı, 2004-cü il 5 mart tarixli 598-IIQD saylı Qanunları) 12-ci maddəsinə aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. Maddənin adında "mənzillə" sözündən sonra "və ya torpaq sahəsilə" sözləri əlavə edilsin.
2. 2-ci bənddə:
a) birinci abzasında "hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri, "fərdi yaşayış evinin tikintisi üçün" sözlərindən sonra "müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz" sözləri əlavə cdilsin;
b) üçüncü abzasın birinci cümləsində "mənzillə" sözündən sonra "və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə" sözləri, ikinci cümləsində "mənzillə" sözündən sonra "və ya torpaq sahəsilə" sözləri, üçüncü cümləsində "mənzilə" sözündən sonra "və ya bələdiyyələr tərəfındən torpaq sahəsinə" sözləri, dördüncü cümləsində "başçıları" sözündən sonra "və bələdiyyələr" sözü, "mənzil" sözündən sonra "və ya torpaq sahəsi" sözləri əlavə edilsin;
c) dördüncü abzasında birinci halda "mənzil" sözü "mənzil və ya torpaq sahəsi" sözləri ilə əvəz edilsin;
ç) beşinci abzasında "mənzil" sözündən sonra "və ya torpaq sahəsi" sözləri əlavə edilsin.
II. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 203; 2001-ci il, №l, maddə 26, №3, maddə 149, №6, maddə 375; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №l, maddə 14; Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli 587-IIQD saylı Qanunu) 19-cu maddəsinin üçüncü hissəsinin ikinci cümləsində "və həlak olanların ailəsinə" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara" sözləri əlavə edilsin.
III. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarınm ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №5, maddə 216; 2003-cü il, №6, maddə 256) aşağıdakı əlavələr edilsin:
1. 13-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin və ücüncü cümlə dördüncü cümlə hesab edilsin:
"Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.".
2. 13-cü maddəsində "və həlak olanların ailəsinə" sözlərindən sonra "ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara" sözləri əlavə edilsin.
IV. Bu Qanıın dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 aprel 2004-cü il.