Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan rəssamları Moskvada keçirilən VI Beynəlxalq “Ənənələr və müasirlik” İncəsənət Festivalında iştirak edirlər

Bakı, 4 iyul (AZƏRTAC). Moskvada, “Manej” Mərkəzi Sərgi Salonunda “Ənənələr və müasirlik” adlı VI Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi olmuşdur. Festivalın təşkilatçısı Moskva mədəniyyət departamentinin, Rusiya Federasiyası Dövlət Dumasının Mədəniyyət Komitəsinin, “World for Cultur and Peace” Beynəlxalq Fondunun və Rusiya Rəssamlıq Akademiyasının dəstəyi ilə UNESCO-nun himayəsi altında Mədəniyyətə və müasir incəsənətin inkişafına yardım üzrə Moskva İctimai Fondudur.

Festivalın beynəlxalq münsiflər heyətinə SSRİ, Rusiya və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov başçılıq edir. Festivalda onun da əsərləri nümayiş etdirilir.

Festivalda Azərbaycan incəsənətini ən perspektivli rəssamlar - Məryəm Ələkbərli və Rəşad Mehdiyev təmsil edirlər.

Təşkilatçıların fikrincə, festival çərçivəsində art-səmada yeni ulduz parlamışdır - gənc və istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərli. Moskva Müasir İncəsənət Muzeyində M.Ələkbərlinin sərgisinin kuratoru Olqa Sviblova rəssamın yaradıcılığının parlaq xarakteristikasını vermişdir: “Məryəm incəsənətlə və incəsənətdə yaşayır. O, incəsənət vasitəsilə özünü kəşf edib və onu dünya ilə ünsiyyətinin başlıca vasitəsinə çevirib. Ola bilsin ki, məhz buna görə onun bədii mesajı bu qədər güclü və inandırıcıdır. Rəssamın əsərləri müasir incəsənət həvəskarlarında çox böyük maraq doğurmuşdur. Sərginin açılışına gələn tamaşaçılar isə bir nəfər kimi Məryəmin üslubunu böyük Matisin üslubu ilə müqayisə etmişlər”.

Sərgidə Azərbaycanı daha bir tanınmış rəssam, Dövlət Rəssamlıq Akademiyasının müəllimi, fəlsəfə elmləri doktoru Rəşad Mehdiyev təmsil edir. “Ənənələr və müasirlik” festivalı çərçivəsində Moskvada onun ilk sərgisi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Onun rəsmləri tamaşaçıları valeh etmiş, istər tanınmış sənətşünaslarda, istərsə də sıravi rəsm həvəskarlarında canlı maraq doğurmuşdur.

Sərgini açan Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy incəsənət festivalını əlamətdar hadisə adlandırmışdır. O, xüsusilə qeyd etmişdir ki, gözəl rəssamların iştirakı ilə təşkil olunmuş sərgi görkəmli rəssam Tahir Salahovun rəhbərliyi altında keçirilir. İki mədəniyyətə məxsus olan rəssamın yaradıcılığı bu festivalın adında öz əksini tapmışdır: ənənələr və müasirlik. M.Şvıdkoyun sözlərinə görə, bu festival öz zəruriliyini sübut etmişdir. Bu isə çox vacibdir, çünki insanlar müxtəlif - ənənəvi və çox müasir, radikal sənət kontekstində yaşayırlar. O demişdir: Burada müxtəlif nəsillərin sənətkarları, müxtəlif estetik baxışlar təmsil olunmuşdur və zənnimcə, sərginin gözəlliyi də bundadır”.

Festivalın keçirilməsini yüksək qiymətləndirən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, belə layihələr mədəniyyətlərimizi yaxınlaşdıran, qarşılıqlı mədəni əlaqələri gücləndirən, MDB-nin Humanitar Əməkdaşlıq Fondunun hərtərəfli dəstəklədiyi mühüm inteqrasiya prosesidir. Festival iştirakçılarına uğurlar arzulayan səfir demişdir: “Biz bu festivalı həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Düşünürəm ki, Tahir Salahov kimi görkəmli sənətkarın və gənc rəssam Məryəм Ələkbərlinin pavilyonlarının yan-yana olması çox önəmlidir. Bu, müxtəlif mədəniyyətlər, müxtəlif dəst-xətlərdir. Lakin bütün bunlar hamımızı zənginləşdirir.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bildirmişdir ki, festivalda 30-dan çox ölkə iştirak edir. Bu festivalda görüşmək müxtəlif ölkələri təmsil edən rəssamlar üçün böyük sevincdir. Dünya şöhrətli rəssam xüsusi vurğulamışdır ki, burada incəsənətlə nəfəs alan müxtəlif nəsillərdən olan rəssamların əsərləri nümayiş etdirilir. Salahov demişdir: “Bizim görüşməyimiz, yaradıcılıq təcrübəmizi bölüşməyimiz üçün məkanın olması böyük xoşbəxtlikdir”.

Festivalın təşkilatçısı, Moskva Mədəniyyətə və Müasir İncəsənətin İnkişafına İctimai Yardım Fondunun prezidenti Vera Kisilyova bu layihəni dəstəklədiklərinə görə iştirakçılara minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, bu layihənin məqsədi müasir incəsənətdə yeni adların üzə çıxmasının, istedadlı rəssamların dəstəklənməsidir. Özü də təkcə tanınmış ustaları yox, həm də sənətə yeni qədəm qoyan rəssamları.

Rusiya Federasiyası Prezidentinin Mərkəzi Federal Dairədə səlahiyyətli nümayəndəsinin köməkçisi Anton Malışov xalqların yaxınlaşmasına yönəlmiş belə layihələrin dəstəkləndiyini qeyd etmişdir.

Moskva İctimai Yardım Fondu Himayədarlar Şurasının sədri Mark Leyvikov, İsrailin Rusiyadakı səfiri Doret Qolender də festivala və rəssamlara müvəffəqiyyət arzulamışlar.

Qeyd etmək lazımdır ki, festivalın ideyası müxtəlif ölkə və xalqların mədəniyyətini yaxınlaşdırmaq, milli kolorit və ənənələri əks etdirən əsərləri təqdim etmək, dünya incəsənətinin geniş palitrasını göstərmək, müasir mədəniyyətin bütün ənənə və istiqamətlərini bir sərgi məkanında birləşdirməkdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH