İQTİSADİYYAT
Azərbaycan sahibkarları “Türkiyə innovasiya həftəsi 2016” tədbirinə dəvət olunurlar
Bakı, 2 oktyabr, AZƏRTAC
Dekabrın 8-10-da İstanbulda “Türkiyə innovasiya həftəsi 2016” keçiriləcək. Tədbir Türkiyənin İqtisadiyyat Nazirliyinin dəstəyi və İxracatçılar Məclisinin təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları konfransda iştirak üçün dəvət olunurlar.
Tədbirin tərəfdaşları arasında “Türk Hava Yolları”, Türkiyə İqtisadiyyat Bankı, “Türkcell”, “Sabançı Holdinq” və “Arçelik” kimi tanınmış şirkətlər yer alır. “Türkiyə innovasiya həftəsi 2016” incəsənətdən texnologiyaya, səhiyyədən elmə qədər innovasiya əsaslı sahələri təmsil edən yerli və xarici iş adamlarını, müxtəlif institut və təşkilatları bir araya gətirən platformadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [14:16]
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib
- 01.05.2024 [14:13]
® “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10 faiz keşbek qazanın
- 01.05.2024 [13:19]
Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilir
- 01.05.2024 [11:46]
Azərbaycanın neft və qaz qiymətləri üzrə proqnozu açıqlanıb
- 01.05.2024 [11:25]