Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən ilk ölkədir

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən ilk ölkədir

Bakı, 5 dekabr, Laçın Sultanova, AZƏRTAC

BMT-nin Əhali Fondu Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə sıx əməkdaşlıq çərçivəsində “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihənin icrasına start verib. Layihə çərçivəsində həyata keçirilən əsas tədbirlərdən biri yaşlı insanların fəal və sağlam yaşlanma potensialını qiymətləndirmək və ölçmək məqsədilə Fəal Yaşlanma İndeksinin tərtib edilməsidir. Fəal Yaşlanma İndeksinin hazırlanması məqsədilə Bakıda səfərdə olan beynəlxalq ekspert Asgar Zaidi layihə ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Cənab Zaidi, Azərbaycana səfərinizin məqsədi və burada keçirəcəyiniz görüşlər barədə məlumat vermənizi xahiş edirəm.

- Gözəl ölkənizə həmkarımla birlikdə səfər etməyimizin məqsədi BMT-nin Əhali Fondu və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən “Fəal Yaşlanma” layihəsi (“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi) çərçivəsində Azərbaycan üçün Fəal Yaşlanma İndeksinin ərsəyə gətirilməsi ilə bağlıdır. Səfərimizin davam edəcəyi müddət ərzində biz layihənin əsas tərəfləri olan BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Statistika Komitəsində görüşlər keçirəcəyik , ölkəniz üçün Fəal Yaşlanma İndeksinin hazırlanmasını müzakirə edəcəyik. Qeyd etmək istərdim ki, bu layihə çərçivəsində biz Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Statistika Komitəsi ilə əməkdaşlıq etməkdən çox məmnunuq.

- Fəal yaşlanma indeksi Azərbaycan cəmiyyəti üçün yeni anlayışdır. Bu indeks və onun sağlam və fəal yaşlanma yolunda əhalinin ahıl təbəqəsinin istifadə edilməyən potensialının ölçülməsindəki rolu barədə məlumat verə bilərsinizmi?

- Fəal Yaşlanma İndeksi bu və ya digər cəmiyyətdəki yaşlı insanların öz həyatlarını nə dərəcədə dolğun və əhatəli yaşaya bilmələrini qiymətləndirməyə imkan verən ölçü meyarıdır. İndiyə kimi biz bir sıra Avropa və Cənub-Şərqi Asiya ölkələrində fəal yaşlanma indeksinin tətbiq edilməsi sahəsində iş aparmışıq və qeyd etməliyəm ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən və bu təşəbbüslə çıxış edən ilk ölkədir. Fəal Yaşlanma İndeksinin hazırlanması dedikdə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvafiq məlumatların bir araya gətirilərək ölçü meyarı halına salınması başa düşülür. Bu indeks əhalinin yaşlı təbəqəsinin bütövlükdə cəmiyyətin həyatında iştirakçılığının səviyyəsi ilə bağlı mənzərəni təqdim edir. Belə ki, ahıl şəxslər nə qədər sağlam və fəal həyat sürərlərsə, onların cəmiyyətə verdiyi töhfə də bir o qədər yüksək olacaq. Fəal yaşlanma indeksi də məhz bu dinamikanı izləməyə imkan verən demoqrafik ölçü alətidir.

Bu indeksin tətbiqi, eyni zamanda, ölkələr üçün əhalinin yaşlanması ilə bağlı vəziyyətin digər ölkələrlə müqayisə edilməsi baxımından əhəmiyyət kəsb edir. Belə müqayisələr adətən ölkənin hansısa sahədə (məsələn ahıl əhalinin sağlamlığı, sosial iştirakçılıq və inklüzivlik və s.) digər ölkələrdən daha yüksək və ya aşağı mövqedə olmasını üzə çıxarmağa və nəticə etibarilə sahib olduğu yüksək mövqeni qorumaq və ya can atdığı mövqeyə çatmaq üçün istifadə edilən və ya edilməli olan siyasət və proqramları təkmilləşdirməyə və ya müəyyən etməyə imkan verir. Bir sözlə, fəal yaşlanma indeksi sayəsində əhalinin yaşlı hissəsinin öz fəaliyyətləri ilə (istər ödənişli və ya könüllülük üzərində qurulmuş) cəmiyyətin rifahına verdiyi dəyər diqqətə çatdırılır. Məsələn, yaşlı vətəndaşlar sosial və icmayönümlü əhəmiyyət kəsb edən fəaliyyətlərə nə dərəcədə cəlb edilib, iqtisadi baxımdan müstəqilliyini qoruyub saxlaya biliblərmi, öz ailələri daxilində ailə üzvlərinə qayğı göstərmək imkanına hələ də malikdirlərmi və s. bu kimi meyarlar fəal yaşlanma indeksinin üzə çıxardığı mənzərənin ayrı-ayrı komponentlərindən bəzilərini təşkil edir. Bəzi hallarda apardığımız təhlillər nəticəsində bu və ya digər ölkədə ahıl vətəndaşların potensialından cəmiyyətin rifahı üçün yetərincə istifadə olunmamasını da aşkar edirik ki, bu da həmin ölkələr üçün fəal yaşlanma prosesinin daha da təkmilləşdirilməsi baxımından mühüm diaqnostik dəlilləri təqdim etməyə imkan verir.

- Fəal yaşlanma indeksi sahəsində beynəlxalq təcrübə nədən ibarətdir və Azərbaycan bu təcrübədən nə cür faydalana bilər?

- İndiyədək tərəfimizdən Avropa İttifaqına daxil olan 28 ölkə və birliyə daxil olmayan daha 3 Avropa ölkəsi (Norveç, İslandiya və İsveçrə) üçün fəal yaşlanma indeksləri hazırlanıb tətbiq edilib. Sonradan biz bu indeksin Asiya regionunda da tətbiqinə başladıq - belə ki, Asiyada ilk fəal yaşlanma indeksi Çində, daha sonra isə Cənubi Koreya, Yaponiya, İndoneziya və Tailandda tətbiq edilmişdi. Ümumilikdə deyə bilərik ki, hazırda dünyanın 35 ölkəsində özünəməxsus fəal yaşlanma indeksləri mövcuddur və bu indeksin gələcəkdə qlobal ölçü meyarı kimi formalaşması və özünü isbat etməsi mümkün olacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırda dünyada fəal yaşlanma ilə yanaşı sağlam yaşlanma konsepsiyası da təbliğ olunur və bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmək də doğru olmazdı. Fəal yaşlanma indeksi də, öz növbəsində, sağlam yaşlanma konsepsiyası ilə vəhdət təşkil edir. Fəal yaşlanma indeksinə malik olan ölkələr beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə edərək hansı spesifik sahələr üzrə təkmilləşdirmələrin zəruriliyini və bununla bağlı hansı qabaqcıl təcrübələrin öyrənilməsini müəyyən edə bilərlər.

- İndeksin hazırlanması ilə bağlı görüləcək işlər Yaşlanma üzrə Beynəlxalq Madrid Fəaliyyət Proqramının prioritet istiqamətləri və “Heç kəs kənarda qalmasın” şüarı altında icra edilən 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan öhdəliklərlə necə uzlaşır?

- İlk öncə, sualı 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi ilə bağlı hissədən başlayaraq cavablandırmaq istərdim. Biz bu qlobal gündəliyin olduqca əhatəli olduğunu düşünür və hesab edirik ki, bu gündəliyin sayəsində aydın hədəfləri olan beynəlxalq səviyyəli siyasət çərçivəsinin müəyyənləşdirilməsi mümkün oldu. Eyni zamanda, bu hədəflərə nail olmaq üçün kəmiyyət və keyfiyyət indikatorları da müəyyən olunaraq həyata keçirilməyə başladı. Bu baxımdan, fikrimizcə Dayanıqlı İnkişaf Məqsədləri həm də əhalinin yaşlanması mövzusu ilə tam şəkildə uzlaşır. 2030 Gündəliyinin rəhbər götürdüyü “Heç kəs kənarda qalmasın” şüarı da bu fikirləri təsdiq edir - bu gündəlik çərçivəsində görülən işlər ahıl insanların səlahiyyətləndirilməsi yolu ilə cəmiyyətin inkişafına töhfə verməsi baxımından geniş imkanlar yaradır.

“Bütün yaşlar üçün cəmiyyətin qurulması” ideyasını təşviq edən Yaşlanma üzrə Beynəlxalq Madrid Fəaliyyət Proqramı (MIPA) 2002-ci ildə keçirilmiş Yaşlanma üzrə İkinci Ümumdünya Assambleyasında qəbul edilmişdi. XXI əsrdə yaşlanma fenomeninin həll edilməsi məqsədilə qəbul edilən bu proqramın fəaliyyəti üç prioritet sahə - yaşlı insanlar və inkişaf, ahıllığa doğru sağlamlığın və rifahın yüksəldilməsi və əlverişli və dəstəkləyici mühitin təmin olunması üzərində qurulub. Madrid proqramının qəbul edilməsindən ötən 20 ilə yaxın müddətdə bir çox müsbət və əhəmiyyətli irəliləyişlərə nail olunduğuna baxmayaraq, biz proqramın qarşısında qoyduğu məqsədlərə çatmaq üçün daha çox iş görülməsinin mümkünlüyü qənaətindəyik. Bu səbəbdən, fikrimizcə Madrid proqramının 20 illiyinin astanasında və xüsusən də 2030 Qlobal Dayanıqlı İnkişaf Gündəliyinin icrası şəraitində bu beynəlxalq çərçivəyə bir daha nəzər salınması məqsədəuyğun ola bilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO