Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır -  MÜSAHİBƏ

Bakı, 1 may, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya ilə, o cümlədən regionun türkdilli dövlətləri ilə getdikcə fəallaşan əlaqələri yeni geosiyasi reallıqlara uyğun inkişaf edir və strateji xarakter alır. Qırğız Respublikası, Qazaxıstan, Özbəkistan və Türkmənistanla əlaqələr milli-mənəvi maraqlara sadiqliyi ilə seçilir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana bu yaxınlarda səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm mərhələ olub. Mövzu ilə bağlı bu ölkənin Joqorku Keneş (parlament) Aparatının sabiq rəhbəri, dövlət və bələdiyyə idarəetməsi sahəsində, MDB ölkələri üzrə ekspert Şabdanbek Alışev AZƏRTAC-ın suallarını cavablandırıb.

- Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfər edib və bu səfər zamanı bir sıra sazişlər imzalanıb. Bu səfərin nəticələrini necə qiymətləndirirsiniz? Səfər ikitərəfli iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-25-də Azərbaycana dövlət səfəri hər iki ölkənin tarix kitablarına salınacaq. Bu səfərin əsas aspekti Qırğızıstanla Azərbaycan arasında dərinləşdirilmiş strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyannamənin imzalanması olub. Bu, xalqlarımız arasında hər iki dövlətin strateji perspektivlərini müəyyən edən yeni addımdır. Bütövlükdə, prezidentimizin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış ikitərəfli sazişlərin bütün paketi əməkdaşlığın yeni miqyasını nümayiş etdirir. Qırğızıstanın Azərbaycanın Ağdam rayonunda məktəb tikintisi təşəbbüsü böyük əhəmiyyət kəsb edir. Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq bu xarici siyasət təşəbbüsü Prezident Sadır Japarov tərəfindən həyata keçirilir. Beləliklə, Qırğızıstan Prezidentinin Azərbaycana səfər proqramından da göründüyü kimi dövlət səfəri ikitərəfli münasibətlərin ən yüksək səviyyəsini əks etdirir - Bakı və Bişkek ikitərəfli əməkdaşlığın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə üstünlük verirlər. Artıq yeni konturlar müəyyən edilib, sənədlər paketi imzalanıb, konkret razılaşmalar əldə olunub. Və konkret nəticəyə ciddi diqqət yetirildikdə, bütün planlar vaxtında və ən yüksək səviyyədə həyata keçiriləcək.

- Səfər zamanı iş adamlarından çoxlu müraciətlər daxil olduğundan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitinin artırılması qərara alınıb. Ölkələrimiz arasında investisiya sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaiti 100 milyon dollara çatdırılıb. Fondun Qırğızıstanda fəaliyyətə yeni başladığını nəzərə alsaq, fikrimcə bu, görünməmiş addımdır. İş adamlarının müraciətlərinin sayının artması Qırğızıstanın Azərbaycanın investisiya yanaşmasına böyük inamından xəbər verir. Bundan əlavə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin gələcəkdə dəfələrlə artacağına əminəm. Bunu Qırğızıstanda həyata keçirilməsi planlaşdırılan layihələrin siyahısı, o cümlədən Azərbaycan tərəfinin İssık-Kul gölünün sahilində beşulduzlu otel tikməsi də sübut edir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanıb. Fond Qırğızıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqi, sənayenin modernləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın səmərəli istifadəsi və genişləndirilməsi məqsədilə yaradılıb.

- Görüşdə Qırğızıstanın böyük potensialı və Azərbaycan şirkətlərinin bərpaolunan enerji sahəsində işləməyə marağı qeyd olundu. Ölkələrimizin bu istiqamətdə əməkdaşlığı barədə nə deyə bilərsiniz? Alternativ enerji resurslarının inkişafı Azərbaycan və Qırğızıstanın iqtisadiyyatına necə təsir edəcək?

- İlk növbədə, Azərbaycan neft emalı sənayesinin inkişafına görə öz regionunda liderdir. Ölkəmizin cənubundakı neft və qaz hasilatı məntəqələrinin müasirləşdirilməsi imkanlarımızı nəzərə alaraq, bu aspekt Qırğızıstan üçün vacibdir. Eyni zamanda, mən tam əminəm ki, Azərbaycan tərəfi hidroenergetika sənayesi layihələrində iştirakda çox maraqlıdır. İlk növbədə, təbii ki, bu, Kambarata SES-1 layihəsinin həyata keçirilməsi, eləcə də Qırğızıstanda bir sıra kiçik su elektrik stansiyalarının tikintisidir. Bundan əlavə, bərpaolunan enerjiyə keçid həm Azərbaycan, həm də Qırğızıstan üçün mühüm iqtisadi və ekoloji imkanlar yaradır.

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması perspektivləri nədən ibarətdir?

- İkitərəfli ticari-iqtisadi əlaqələrimiz birbaşa siyasi əməkdaşlığın səviyyəsindən asılıdır. Əminəm ki, Prezident Sadır Japarovun bu səfərindən sonra ticarət dövriyyəsinin intensivləşməsi göz qabağında olacaq. Bundan başqa, danışıqlar zamanı iqtisadi və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bu görüşdə iqtisadi əməkdaşlığımıza mane olan bütün məqamlar müzakirə olunacaq. Biz kənd təsərrüfatı məhsullarının tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik. Hər kəsə məlum olduğu kimi, Qırğızıstanın kənd təsərrüfatı məhsulları yüksək keyfiyyətə malikdir. Biz 2030-cu ilə qədər ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollara yaxın səviyyəsini təmin etməyi hədəfləyirik. Sürətlə inkişaf edən ikitərəfli münasibətlər Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin qurulması və genişləndirilməsi üçün ən yaxşı imkanlar yaradıb. Ortamüddətli əsasda aktiv işi təmin etmək üçün 2029-cu ilə qədər dövlətlər arasında zəngin əməkdaşlıq proqramı hazırlanıb. Bu proqrama bütün perspektivli istiqamətlər - ticarət dövriyyəsinin artırılması, nəqliyyat əlaqələrinin inkişafı, maliyyə-bank, mədəni, humanitar və digər sahələr daxildir.

- İki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün daha hansı addımlar atılmalıdır?

- İlk növbədə, ölkələrimiz Qırğızıstan və Azərbaycanın işgüzar dairələrinə yardım üçün real alət yaradıblar. Məncə bu, Azərbaycan-Qırğızıstan İnkişaf Fondudur. O, təkcə perspektivli layihələr üçün maliyyə mənbəyi deyil, həm də ikitərəfli işgüzar əlaqələrin təşkili üçün platformadır. Mən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədri Almaz Məmbətovla tanışam, o, iqtisadi menecer kimi nadir müşayiət olunan keyfiyyətlərə malik təcrübəli dövlət xadimidir. Fikrimcə, ölkələrimiz arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addımlar bu fondun platformasında həyata keçirilməlidir. Ötən il iyulun 26-da İssık-Kul vilayətinin Bosteri kəndində Qırğızıstan-Azərbaycan biznes forumu keçirilib və bu, hər iki ölkənin iş adamları arasında işgüzar əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaradıb. İnvestisiya üçün prioritet sahələr siyahısına aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, qaz sənayesi, geyim və toxuculuq sənayesi, mədənçıxarma və metallurgiya aiddir.

- Qırğızıstan və Azərbaycan nəqliyyat sektorunda fəal əməkdaşlıq edir. Ölkələrimiz qeyd olunan sahədə hansı mühüm layihələr həyata keçirib?

- Regional səviyyədə infrastruktur layihələri özlüyündə çox perspektivli iqtisadi istiqamətdir. Eyni zamanda, Qırğızıstan kimi kontinental ölkələrin Xəzər dənizinə çıxışı daha geniş bazar üçün yeni körpü olacaq. Qırğızıstan üçün bütövlükdə Trans-Qafqaz marşrutu çox böyük və cəlbedici perspektivlər açır. Qırğızıstanın qabaqcıl iqtisadi sahələri - toxuculuq sənayesi və kənd təsərrüfatının belə logistik marşruta ciddi ehtiyacı var. Birincisi, bu, potensial ixracatçı ölkələrin coğrafiyasını genişləndirəcək, ikincisi, Qırğızıstan və Azərbaycanın regional miqyasda həyata keçirə biləcəyi yeni infrastruktur layihələri yaranacaq. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yollarının tikintisi həyata keçirilir. Xəzər dənizindən, Mərkəzi Asiyadan keçən marşrutun Avropaya cəlbedici olması üçün rəqəmsallaşma baxımından nəqliyyat marşrutlarının əlaqələndirilməsi üzrə məsləhətləşmələrə başlamaq lazımdır.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 3,8 dəfə və ya 17,3 milyon dollar artaraq 23,3 milyon dolları üstələyib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk rübündə Azərbaycandan Qırğızıstana 20,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 4,9 dəfə və ya 16,6 milyon dollar çoxdur. Azərbaycanın Qırğızıstandan idxal etdiyi məhsulların dəyəri isə 42,9 faiz və ya 769,9 min dollar artaraq 2,56 milyon dollar təşkil edib. Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstanla ticarətin payı 0,24 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,19 faiz bəndi üstələyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ