Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
Pekin, 29 sentyabr, AZƏRTAC
Şri-Lankada il ərzində denqe qızdırmasına 100 mindən çox yoluxma faktı qeydə alınıb.
AZƏRTAC Şri-Lanka Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ilin əvvəlindən bəri denge qızdırmasından 77 ölüm qeydə alınıb. Ən çox yoluxma ölkənin qərb bölgəsində baş verib. Mütəxəssislər musson mövsümündə yağışlı hava, daşqınlar və tullantıların yığılması nəticəsində ağcaqanadların çoxalması üçün əlverişli şərait yarandığını qeyd ediblər.
Bildirək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır.
Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Xəstəliyin XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]