SİYASƏT
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Sülh naminə tərəfdaşlıq” proqramına əlavə olaraq, oktyabrın 23-24-də Sloveniyanın Lyublyana şəhərində hərbi attaşelərin illik toplantısı, oktyabrın 28-29-da Almaniyanın Flensburq, Mürvik və Qlüksburq şəhərlərində hərbi dəniz qüvvələri üzrə məlumat toplantısı, oktyabrın 26-dan 29-dək Bakıda NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının nümayəndə heyəti tərəfindən silahlı qüvvələrin tədris müəssisələrində “NATO günləri”nin keçirilməsi, oktyabrın 30-31-də isə Silahlı Qüvvələrin Müdafiə Nazirliyinin və Baş Qərargahın G strukturuna keçid ilə əlaqədar NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertləri ilə Müdafiə Nazirliyinin işçi qrupunun görüşü, oktyabrın 27-dən noyabrın 1-dək Qazaxıstanın Almatı şəhərində Vyana-99 sənədi üzrə silahlara nəzarətə dair regional kurs keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.