MƏDƏNİYYƏT
Azərbaycan UITT-2014 “Ukrayna - səyahətlər və turizm” Beynəlxalq turizm sərgisində layiqincə təmsil edilmişdir VİDEO
Kiyev, 26 mart (AZƏRTAC). Martın 26-da Ukraynanın paytaxtında UITT-2014 “Ukrayna - səyahətlər və turizm” XX Beynəlxalq turizm sərgisi açılmışdır. Sərgidə Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən turizm operatorları, aviaşirkətlər, turizm agentlikləri, sığorta şirkətləri, mehmanxana və kurort kompleksləri iştirak edirlər.
Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli bu gün sərginin “Azərbaycan” pavilyonuna baş çəkmiş, orada ölkəmizin zəngin turizm potensialından bəhs edən müxtəlif informasiya-soraq materialları, rəngarəng plakatlar və videoçarxlarla tanış olmuşdur.
Bizim səfirliyin və profil nazirliyin əməkdaşları, Azərbaycan turizm operatorlarının nümayəndələri və bizim tələbələrimiz müntəzəm surətdə “Azərbaycan guşəsi”ndə olurlar.
Qeyd edək ki, üç gün davam edəcək sərgiyə gələnlər Azərbaycan pavilyonuna xüsusi maraqla tamaşa edirlər.
Zeynal Ağazadə,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]