SİYASƏT
AZƏRBAYCAN ÜZRƏ MİLLİ ƏLAQƏLƏNDİRİCİ AŞPA-NIN XÜSUSİ KOMİTƏSİNİN İCLASINDA ÇIXIŞ EDƏCƏKDİR
Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 8-dən 10-dək İtaliyanın Venesiya şəhərində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun Qadınlara qarşı zorakılıq üzrə xüsusi Komitəsinin iclası keçiriləcəkdir.
Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli iştirak edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iclasda təşkilatın xətti ilə keçirilən “Qadınlara qarşı zorakılığa “yox” deyək!” adlı kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi Gültəkin Hacıbəyli bu sahədə ölkəmizdə həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verəcək, digər ölkələrin təcrübəsi ilə maraqlanacaqdır.