SİYASƏT
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü BMT-nin Baş Məclisinin növbəti sessiyasının açılışı çərçivəsində təşkil edilə bilər
Bakı, 18 iyul (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə dair növbəti görüşü sentyabrın son həftəsində BMT Baş Məclisinin sessiyasının açılışı çərçivəsində təşkil edilə bilər.
Azərbaycan xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov bu barədə jurnalistlərə iyulun 18-də məlumat vermişdir.
O qeyd etmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinə əvvəlcə Avropa paytaxtlarının birində ayrıca görüşlər keçirməyi təklif etmişlər. Bundan sonra sentyabr ayında BMT Baş Məclisinin sessiyasının açılış çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının ikitərəfli görüşü keçirilə bilər.