Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRBAYCAN” VƏ “LİTERATURNI AZERBAYDJAN” JURNALLARININ ƏMƏKDAŞLARININ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan” və “Literaturnı Azerbaydjan” jurnallarının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq yazıçısı” fəxri adı

Musayev Qılman İsabala oğlu (Qılman İlkin)

“Əməkdar incəsənət xadimi” fəxri adı

Qasımov İntiqam Böyükağa oğlu

Vəkilov Mənsur Fəxri oğlu

Balakişiyev Mövlud Süleyman oğlu (Mövlud Süleymanlı)

Məmmədzadə Səyavuş İmran oğlu

“Əməkdar mədəniyyət işçisi” fəxri adı

Yusifov Vaqif Əziz oğlu (Vaqif Yusifli)

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin