İQTİSADİYYAT
Azərbaycan və Türkiyə, eləcə də “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında rəqabət ola bilməz
Bakı, 25 noyabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında gələcək iş birliyinin yollarını təyin etmək, yeni əməkdaşlıq səhifəsini açmaq məqsədilə “Türk Hava Yolları” Yönətim Kurulu başqanı Hamdi Topçunun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Bakıda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər zamanı “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov və “Türk Hava Yolları”nın Yönətim Kurulu başqanı Hamdi Topçu iki qardaş ölkə arasında hava əlaqələrinin daha da möhkəmləndirilməsi, milli aviasiya şirkətlərinə əlverişli mühit yaradılması məsələlərini müzakirə ediblər.
Dostluq şəraitində keçən görüşdə “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında gələcəkdə “açıq səma” çərçivəsində fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb, şirkətlərin texniki heyətlərinə bu istiqamətdə müzakirələrə başlamaq tapşırılıb.