Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Azərbaycan xalçaları – İrəvan qrupu” monumental kitabın təqdimat mərasimi keçirilmişdir

Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 3-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuş “Azərbaycan xalçaları - İrəvan qrupu” adlı monumental kitabın və altı dildə nəşr olunmuş eyniadlı broşürlərin təqdimat mərasimi keçirilmişdir. Kitabın müəllifi “Azərilmə”nin direktoru, professor Vidadi Muradovdur. Bu dəyərli kitab Azərbaycanın sayılıb-seçilən ziyalılarından biri, Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun elmi redaktorluğu ilə çap edilmişdir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, tanınmış elm adamlarının və aparıcı KİV-lərin rəhbərlərinin iştirakı ilə keçirilən təqdimat mərasimi “Yeni Azərbaycan” Partiyası, AMEA-nın Tarix İnstitutu və “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşmışdır.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, təqdimatını keçirdiyimiz bu kitab Azərbaycanın milli mədəniyyətinin qədim tarixini yaşatmaq işinə xidmət edir. Ona görə ki, xalçaçılıq Azərbaycanın tarixini yaşadan, onu nəsildən-nəslə ötürən maddi nemətlərdən biridir. İrəvan torpağı həm də qədim xalçalarımızda yaşayır. Biz nə qədər bunları qoruyacağıq, o qədər də tariximizin sahibi olacağıq. Biz bu mənəvi sərvətlərə sahib çıxdıqca həm də müvəqqəti itirilmiş torpaqlarımızın sahib olmaq haqqını özümüzdə yaşadırıq.

Ə.Əhmədov “Azərbaycan xalçaları - İrəvan qrupu” kitabını ərsəyə gətirən bütün yaradıcı insanlara minnətdarlığını bildirmişdir.

Təqdimat mərasimində çıxış edən Yaqub Mahmudov diqqətə çatdırmışdır ki, kitabda əzəli torpaqlarımız olan Qərbi Azərbaycanın tarixinə ətraflı nəzər salınmış, İrəvan qrupu xalçalarının xarakteristikasından geniş bəhs olunmuş, 102 nadir xalçanın təsviri verilmişdir. Kitaba daxil edilmiş hər bir xalçanın çeşnisi, rəng ahəngi, semantikası, insanların ətraf mühitə və inkişafa dair fəlsəfi baxışlarını və onlarda Azərbaycan gerçəkliyinin əks olunduğunu qəti şəkildə ortaya qoymuşdur.

Qeyd edilmişdir ki, kitabın ilk səhifəsində Prezident İlham Əliyevin dediyi: “...İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu bizim torpaqlardır” fikir də xüsusi əhəmiyyət daşıyır.

Alim demişdir ki, Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın min illər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi. Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalça və xalça məmulatı əsas yer tuturdu. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər, namazlıqlar, çullar və digər toxunma məmulat da var idi. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapmışdır.

Yaqub Mahmudov vurğulamışdır ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.

Kitabın müəllifi Vidadi Muradov demişdir ki, respublikamızın dünya miqyasında şöhrətlənməsində onun mədəniyyətinin, o cümlədən xalçaçılıq sənətinin də böyük rolu olmuşdur. Azərbaycanda xalçaçılığa yüksək səviyyədə dövlət qayğısı onun yeni intibah dövrünü təmin etmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xalçaçılığın inkişafının qanunvericilik bazası yaradılmışdır. 2004-cü il dekabrın 7-də “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun təsdiq olunmuş, 2005-ci il fevralın 7-də onun tətbiq edilməsi barədə fərman verilmişdir. Azərbaycan xalçaçılığının təbliği və nümayiş etdirilməsi məqsədilə dünya təcrübəsində bənzəri olmayan xalça muzeyi binasının inşasına başlanmışdır.

Milli mədəniyyətimizin, o cümlədən xalçaçılığın inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın da böyük rolu vardır. Məhz onun səyi ilə Azərbaycan xalçası 2010-cu il noyabrın 16-da UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir.

V.Muradov demişdir ki, “Azərbaycan xalçaları - İrəvan qrupu” kitabı kompozisiya baxımından bir-biri ilə sıx əlaqədə olan müəyyən hissələrdən ibarətdir. Kitabın ilk hissəsi Azərbaycanın tarixi-coğrafi ərazisi olan İrəvan bölgəsinin tarixinə həsr edilmişdir. Kitab geniş və əhatəli biblioqrafiya ilə təmin olunmuşdur. Kitabda Azərbaycan xalçaları İrəvan qrupunun sənətkarlıq xüsusiyyətlərinə, Qərbi Azərbaycanın hər bir bölgəsinin xalçaçılığa gətirdiyi özünəməxsus cəhətlərə geniş yer verilmişdir. Burada hər bir bölgədə toxunmuş xalçalardan seçilmiş müvafiq elementlər və onların təqdimatı xalçaçılığa dair ədəbiyyatda ən böyük yeniliklərdən biri kimi qiymətləndirilə bilər. Kitabda xalçaların vaxtilə toplandığı bölgələr və şəxslərin siyahısı da verilmişdir.

Kitabın ən əhəmiyyətli cəhəti heç sözsüz ki, xalçaların müasir poliqrafik tələblər səviyyəsində təqdim olunan fotoşəkilləri və onların xarakteristikasıdır. Kitabın bu bölməsində 102 xovlu və xovsuz xalça xronoloji ardıcıllıqla verilmişdir. İlk xalça 1780, sonuncu 102-ci xalça isə XX əsrin ortalarına aiddir. Bu xalçalar bütövlükdə Azərbaycanın, o cümlədən onun tarixi-coğrafi ərazisi olan İrəvan bölgəsinin ensiklopediyası adlandırıla bilər. Bu xalçalar vaxtilə Vətənimizin İrəvan bölgəsində yaşayan azərbaycanlıların maddi-mənəvi həyatını, onların dünyagörüşünü, həyat fəlsəfəsini, tarixini obyektiv şəkildə əks etdirir.

Müəllif demişdir ki, “Azərbaycan xalçaları - İrəvan qrupu” kitabı bir daha göstərir ki, ermənilərin bütün ciddi-cəhdlərinə baxmayaraq, İrəvan bölgəsində azərbaycanlıların yaratdığı böyük mədəniyyəti məhv etmək mümkün olmayacaqdır.

Vidadi Muradov sonda mədəniyyətimizin, o cümlədən xalçaçılığın inkişafına böyük diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən digər natiqlər təqdim olunan bu kitabı xalçaçılıq sahəsində yaradılmış tarixi nailiyyətə qoyulmuş abidə kimi dəyərləndirmiş və əsəri tariximizin öyrənilməsi baxımından böyük hadisə hesab etmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib