Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Əfqanıstandakı sülhməramlılar tərəfindən qeyd olunub
Bakı, 30 may, AZƏRTAC
NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında iştirak edən sülhməramlılarımız 28 May - Respublika Gününü qeyd ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, missiyada təmsil olunan ölkələrin nümayəndələri bayram tədbirinə qatılıblar.
Tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, sənayesi, iqtisadi inkişaf yolu və hərb sahəsində əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib.