İQTİSADİYYAT
Azərbaycanda antivirus proqramları istehsal olunacaqdır
Bakı, 29 sentyabr (AZƏRTAC). “Kür” Elektron Avadanlığı İstehsalı Müəssisəsi ilə Türkiyənin “Trend Mikro” şirkəti arasında antivirus proqramlarının istehsalı ilə bağlı ikitərəfli müqavilə imzalanmışdır. Müqaviləyə görə, “Kür” “Trend Mikro”nun Azərbaycanda distribüteridir.
Müəssisədən AZƏRTAC-a bildirmişlər ki, müqaviləyə əsasən Azərbaycan bazarında rəqabətə davamlı antiviruslar DVD formatında istehsal olunacaq və satışa çıxarılacaqdır. Şəbəkələrin, serverlərin qorunmasında istifadə ediləcək bu proqramlar münasib qiymətə satılacaqdır.
Qeyd edək ki, “Trend Mikro” şirkəti ABŞ-ın “Hellium” şirkətlər qrupunun İstanbul nümayəndəliyidir.