Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda atçılıq turizmi

Bakı, 26 fevral, AZƏRTAC

Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycanda qədimdən zamanlardan atçılıqla məşğul olublar. Hazırda dünyada atın 425-dən çox cinsi var, bunlardan ikisi - Qarabağ və Dilbaz atları bizim ölkədə yetişdirilir. Bu iki at cinsi Azərbaycan xalqının fəxridir. Azərbaycanın ən məşhur milli at cinsi olan Qarabağ qaçağanı barədə biz artıq danışmışıq. Bu dəfə Azərbaycanın digər cıdır atı olan Dilbaz haqqında ətraflı söhbət açacaq, həmçinin atçılığın turizmin inkişafına istiqamətlənən geniş imkanlarına nəzər salacağıq.

Dilbaz gözəlləri

Dağ-minik yük heyvanı olan Dilbaz atları Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonları ərazisində yetişdirilir. ХVIII əsrədək yalnız Azərbaycanda yetişdirilən bu atlar digər cinslərlə cütləşdirilməyib. XVIII əsrin ortalarından başlayaraq, Dilbaz cinsinin formalaşmasında ərəb, fars və türkmən atlarının bəzi təsiri olub. Lakin Dilbaz cinsinin inkişafında Qarabağ qaçağanlarının da rolu olub.

Dilbazlar onlara xas qərarsız temperamenti və geniş yayılmış yorğa yerişi ilə seçilir. Bu, sağlam, uzunömürlü və törəyib artan cinsdir. Xasiyyəti əsəbi və çox enerjili olan atın müsbət əlaməti onun yüksək cəldliyidir. İlxıda saxlanan atların inkişafı 4-5 yaşında başa çatır. Atlar qış aylarını dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşən, sərt relyefə və yarımsəhra bitki aləminə malik otlaqlarda keçirir.

Dilbazların bədən quruluşu minik üçün xarakterikdir. Rəngləri boz, kəhər (qəhvəyi-qara) olan bu atların kiçik gövdəsi var. Hündürlükləri 135-140 santimetrə, bəzilərində 147-148 santimetrə çatır. Cəldliyi sayəsində 1600 metr məsafəyə 2 dəqiqə 20,3 saniyəyə, 1800 metrə isə 2 dəqiqə 39,1 saniyəyə çatır.

Bu cinsin hündürlüyünə, inkişafına və cəldliyinin artırılmasına Bakı Dövlət Cıdır Meydanında 1923-cü ildən başlayaraq keçirilən təcrübələrin çox böyük təsiri olub.

Dilbaz cinsindən olan atlar dağlarda və milli idman növlərində istifadə olunur. Bu atlar çox dözümlüdür və dağlıq ərazidə gün ərzində 45-55 kilometri 115-130 kiloqram yüklə, minik kimi isə 70 kilometri çox asanlıqla qət edir. Hazırda Dilbaz atlarının damazlıq əsası Tselostat və Piqmalion tersk atları nəslinin nümayəndələri kimi təqdim edilir. At zavodlarında 140-dan çox nümunəvi Dilbaz atı, o cümlədən yüksək tersk nəslindən damazlıq madyanlar saxlanılır.

Milli atçılıq idmanı oyunları

Ta qədimdən müxtəlif ölkələrdə atların iştirakı ilə oyunlar olub. Məqsəd iştirakçılar arasından ən güclü, cəld olanı və ən əsası atla ideal anlaşanı tapıb irəli çəkmək idi. Azərbaycanda da Qafqaz xalqlarının mədəniyyətlərində olduğu kimi, atçılıq oyunları haqlı olaraq şərəfli yerlərdən birini tutur. Ölkəmizdə yaranan və hazırda da inkişaf edən bir neçə unikal atçılıq oyunları var. Bu oyunlarla bağlı hər il müxtəlif müsabiqə və yarışlar keçirilir.

Məsələn, temperamentli milli sür-papaq oyunu (“papaq qovdu”). Bu oyunu əksər hallarda at basketbolu da adlandırırlar. Oyun 300-400 metr uzununda və 60-120 metr enində olan meydanda keçirilir. Meydanın hər iki qurtaracağında 3 metrlik dirəyə 50 santimetr diametri olan halqa bərkidilir. Dirəyin dövrəsində 5 metrlik cərimə xətti təyin edilir.

Atlılar qoyun dərisindən olan papağı komanda yoldaşına ötürür (oyunçu papağı bir əlindən digərinə ötürməməlidir), cərimə xəttini keçmədən papağı rəqibin dirəyindəki halqaya salmağa çalışırlar. Sür-papaqda hərəsində 6 oyunçu olmaqla, iki komanda mübarizə aparır. Bu oyunçulardan dördü hücumçu, ikisi isə müdafiəçidir (müdafiəçilər yalnız meydanın onlara aid hissəsində oynayırlar). Oyun hərəsi 10 dəqiqə olmaqla iki hissədə, arada 10 dəqiqə fasilə ilə davam edir.

Halqadan keçən papaq komandaya bir xal gətirir, lakin arxa tərəfdən halqaya atılan papaq hesaba alınmır. Oyun iştirakçılarına, həmçinin ön xəttə çıxıb papağı oradan halqaya tuşlamaq, papağı əldə 4 saniyədən artıq tutmaq, rəqibin cərimə meydançasına daxil olmaq, rəqibin atını yolundan döndərmək və başqasının atına və ya atlıya zərbə endirmək qadağan edilir.

Oyunun qaydalarını pozan və digər iştirakçılara münasibətdə kobudluğa görə, müdafiə olunmayan halqaya cərimə zərbələri təyin edilir və oyunçular müəyyən müddətə, bəzən də oyunun sonunadək kənarlaşdırılır.

Çövkən atüstü oyunu - Azərbaycanda ən geniş yayılan qədim milli komanda idman yarışıdır. Bu oyun müasir polonun əcdadı sayılır. 2013-cü ildə Azərbaycan çövkəni UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qədim zamanlarda kübar təbəqənin oyunu sayılan çövkən ayrıca meydanda, xüsusi təlim keçmiş atlarda oynanılırdı. Yarışlarda adətən şah ailəsinin nümayəndələri iştirak edirdi.

Çövkən oyunu hamar otla örtüklü, təxminən 200x120 metrlik meydanda keçirilir. Meydanın hər iki qurtaracağında 3 metrə yaxın ölçüdə qapı qoyulur, 6 metr uzunluğunda yarımdairəvi cərimə xətti çəkilir. Atlılara cərimə xəttini keçmək qadağan edilir. Qapıçı ilə də oyun mümkündür. O zaman qapının eni 7, cərimə xəttinin uzunluğu isə 4 metrə çatır. Hərəyə 6 atlı olmaqla iki komanda qarşılaşır. İştirakçılar 1,5 metrlik çövkən ağacı ilə çox da böyük olmayan taxta topu rəqibin qapısından keçirməyə cəhd göstərirlər.

Oyun meydanın mərkəzindən başlayır və hər vurulan topdan sonra elə həmin nöqtədən də davam edir. Oyunun müddəti 15 dəqiqə olmaqla iki hissə və hissələr arasında 10 dəqiqəlik fasilə ilə davam edir. Fasilədən sonra komandalar meydanda yerlərini dəyişir. Meydanın yan xəttinə vurulan topun (aut) əvəzinə, rəqib komandasına bir oyunçu qaytarılır.

Oyun iştirakçılarına ön xəttə çıxıb oradan qapıya topu tuşlamaq, cərimə meydançasına daxil olmaq, atlara və atlılara çövkən ağacı ilə zərbə endirmək qadağan edilir.

Nəhayət, Azərbaycanın məzəli oyunu sayılan “papaq oyunu”ndan danışmaya bilmərik. Bu oyunda atlılar öz papaqlarını qorumaqla yanaşı, rəqibin başındakı papağı götürməyə cəhd edirlər. Oyunda 5 kişi və 1 qadın iştirak edir. Oyunun qaydalarına görə, qadın iştirakçı kişi oyunçuların papağını götürə bilər, lakin onun papağına dəyməyə kişi oyunçuların hüququ yoxdur.

Oyun adətən cıdır meydanının cığırında, uzunluğu 200 metr sahədə keçirilir. On dəqiqə davam edən oyun başa çatdıqdan sonra papağını qoruya bilməyən atlılar vurulub atdan salınır və qaliblər papaq zərbələri ilə onları meydandan çıxarırlar.

Atçılıq turizmi - romantika və sağlamlıq

Atçılıq turizmi və at belində səyahəti cəsarətlə idrak baxımından və sağlamlıq üçün faydalı məşğuliyyət adlandırmaq olar. Turizmin bu növünü meşə, aşırım və çaylar maneələri olan marşrutun keçilməsi üzrə idmana da aid etmək olar.

Ləvazimat və ərzaqlar yəhərdən asılmış xüsusi çantalarda və ya yük atında daşınır. Marşrutlar, əsasən təlim keçməmiş və at minməkdə təcrübəsi olmayan insanlar üçün hazırlanıb. Turist bazalarında xüsusi proqramlar əsasında ilkin hazırlıq keçiriləndən sonra turist ata baxmaq vərdişlərinə, onu idarəetmə, yəhərləmə və arabaya qoşmaq bacarığına yiyələnir.

Azərbaycan atçılıq turizminin inkişafı üçün əlverişli məkandır. Hələ qədim zamanlarda insanların at və arabalarla getdiyi meşələrdə və dağlardakı çoxlu sayda cığır və yollar maraqlı marşrutlar seçməyə və at sürməkdən, habelə ətrafdakı gözəlliklər, görməli yerlər və tarixi abidələrdən zövq almağa imkan verir.

Atçılıq turizmi dinamik istirahətin elitar növü sayılır. Atla səyahətlər müxtəlifdir: bu, dərə-təpəli ərazidə ekstremal at çapmalar, yaxud sadəcə dincəldiyiniz və gözəl mənzərə seyr etdiyiniz istirahət ola bilər. Bir çox turistlər bir neçə gün üçün nəzərdə tutulmuş atçılıq turlarını seçirlər. Əgər siz bu cür səyahətə yola düşsəniz, o zaman çoxlu maraqlı şeylərlə qarşılaşa və onlardan heç nə ilə müqayisə olunmayan zövq ala bilərsiniz. Siz at üzərində gözəl meşələr və dağların ətəklərindən keçə bilər, bir çox ekzotik yerlər görə bilərsiniz.

Azərbaycanda atçılıq idmanının bütün növləri ilə 1996-cı ildə yaradılmış Atçılıq İdmanı Federasiyası məşğul olur. Ölkənin bütün atçılıq idmanı klubları bu federasiyanın tərkibinə daxildir. Yarışların əksəriyyətini də federasiya təşkil edir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Atçılıq Turizm Mərkəzi regionda fəaliyyət göstərir. Mərkəz Şəki rayonunun ən əsrarəngiz guşələrindən biri olan Daşüz kəndində yerləşir. Burada bir neçə at cinsi - ərəb çapağanı, ingilis qaçağanları, alman “trakenini”i, axaltekin (türkmən) və digər cinslər saxlanılır və yetişdirilir. İldə iki dəfə - dekabr və may aylarına Mərkəzdə çövkən və digər atçılıq oyunları üzrə yarışlar keçirilir. Turistlərə oyunun gedişini izləməklə yanaşı, onda iştirak imkanı da yaradılır. Bundan öncə onlar təcrübəli məşqçi tərəfindən təlimat ala və ya sadəcə at çapa bilərlər.

Atçılıq Turizm Mərkəzi turistlər üçün Şəki rayonunun müxtəlif guşələrinə bir-iki günlük səyahət marşrutları təşkil edir. Bu zaman onlar zəngin təbiətlə və çoxəsrlik tarixə malik bu möhtəşəm diyarın görməli yerləri ilə tanış ola bilərlər.

Son zamanlar atçılıq səyahətləri təkcə Azərbaycanın regionlarına yollanan turistlər arasında deyil, həmçinin atçılıq turizmi klublarının sayının ildən-ilə artdığı paytaxtımızda da daha çox sevilir. Klubların mükəmməl atları var, burada bütün marşrutları yaxşı bilən və turistləri gözləyən bütün sürprizləri əvvəldən görməyi bacaran yaxşı mütəxəssislər işləyirlər. Klublarda böyüklərə və uşaqlara at minməyi öyrədirlər. Paytaxtın atçılıq idmanı klublarından “Horse Husbandry”, “Gunay Equestrian Invest” və digərlərini göstərmək olar.

İppoterapiya - atlar vasitəsilə müalicə

At sürtməklə məşğul olmaq zövq almaqla yanaşı, sağlamlıq üçün də faydalıdır. At minmək vasitəsilə reabilitasiya metodu ippoterapiya adlanır. Belə ki, müalicəvi at minmə xəstənin həm psixikasına, həm də fiziki durumuna müsbət təsir edir. Azərbaycanda bir çox atçılıq turizmi klubları ippoterapiyanın hər iki metodundan istifadə edir.

Ən ağır xəstələrlə məşğələlər üçün atın hərarətinin (atın bədənindəki temperatur insanda olduğundan 1-1,5 dərəcə yuxarıdır) müsbət təsirindən istifadə edilir və ən ağır pasiyentləri bir qayda olaraq yəhərsiz ata mindirirlər. Xəstələrə yaxşı təsir edən digər amil atın hərəkəti zamanı ritmik silkələnməsidir ki, bunun nəticəsində böyük, güclü və xeyirxah heyvanla sıx təmas əzələləri və kürəyi masaj edir.

Daha çox zədə almış pasiyentlər adətən at belində müalicəvi gəzintidən başlayır, lakin bu, onlar üçün başlanğıc mərhələdir. Bu qrupdan olan uşaqlar əvvəlcə atı idarə edən elementlərə, daha sonra at belində gəzinti qaydalarına öyrədilir.

Həmçinin qeyd edək ki, ippoterapiya və ya at belində gəzinti ilə müalicəyə əks göstəricilər çox azdır. Hemofiliya, anadangəlmə sümük kövrəkliyi, müxtəlif xəstəliklərin ağır və orta-ağır dövrünü əks göstəricilərə, bəzi xroniki iltihablı xəstəlikləri (böyrək xəstəliklərinə, diabet, onurğanın bel əzələsi hissəsi və zədələrinə xüsusi diqqətlə yanaşmaq) qismən əks göstəricilərə misal çəkə bilərik.

Müşahidə edilib ki, atla gəzintinin müalicəvi əhəmiyyəti 5-12 yaş arasında uşaqlar üçün daha çoxdur. Bundan əlavə, atla gəzinti uşağın hərtərəfli inkişafına, onun qoçaq, cəld, dözümlü, cəsarətli və hazırcavab olmasına yardım edir, ruh yüksəkliyini möhkəmləndirir. Nahaq yerə demirlər ki, at, ilk növbədə, ruhu sağaldır.

Azərbaycanda atçılıq turizmi ildən-ilə öz sərhədlərini genişləndirir. Çoxlu müasir mərkəz və turizm bazaları tikilir, yeni maraqlı marşrutlar salınır. Azərbaycanlılar çalışırlar ki, ölkəmiz atla gəzinti həvəskarları üçün daha cəlbedici olsun və onlar hər il bura gəlib köhnə dostları ilə görüşsün, ən yaxşı yürüşlərini yada salsın, yeni marşrutları öyrənsin, Azərbaycanın əfsanəvi təbiətinə, onun tarixinə və sirlərinə bələd olsunlar.

Emil Eyyubov

Materialın hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanda at turizmi” adlı broşüründən istifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb