SİYASƏT
AZƏRBAYCANDA NİDERLANDIN SƏFİRLİYİ AÇILACAQDIR
Bakı, 11 sentyabr (AZƏRTAC). Yan-Lukas van Xorn Niderland Krallığının Azərbaycanda ilk səfiri olacaqdır. Niderland səfirliyi rəsmi surətdə cari il oktyabrın ortalarında açılacaqdır.
Niderlandın Azərbaycandakı konsulluğundan bildirmişlər ki, səfirliyin açılması təklifi ilə Niderlandın xarici işlər naziri Maksim Verhagen çıxış etmişdir.
Azərbaycanda səfir təyin olunanadək Yan-Lukas van Xorn Niderland Xarici İşlər Nazirliyinin Cənubi və Şərqi Avropa departamentinin direktoru vəzifəsində işləmişdir.
Səfirliyin açılması ilə əlaqədar rəsmi mərasimdə Niderland Krallığının baş katibi Ed Kronenburqun iştirak edəcəyi gözlənilir.