CƏMİYYƏT
Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır
Bakı, 7 yanvar (AZƏRTAC). Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 11 dəfə artırılmışdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu artım əsasında stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılmış, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan166-ya çatdırılmışdır.
Bununla yanaşı, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində böyüklər və uşaqlar üzərində 700-dək əməliyyat keçirilmişdir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında da böyrəkköçürmə əməliyyatlarına başlanılmışdır.
Cərrahiyyə əməliyyatlardan sonra isə ölüm hallarının sayı 2 dəfə azalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]