SİYASƏT
AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRLƏR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR
Bakı, 16 noyabr (AZƏRTAC). Ölkəmizdə yeni təyin olunmuş və noyabrın 16-da etimadnamələrini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən Küveyt Dövlətinin səfiri Ğəssan Yusuf əl-Zəvavi və Avropa Komissiyasının respublikamızdakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişlər.
Diplomatlar xalqımızın ümummilli lideri və görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, abidənin önünə əklil və gül dəstələri qoymuşlar.