SİYASƏT
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Türk Dünyası Yazarlar və Sənətçilər Vaqfının mükafatına layiq görülmüşdür
Vaşinqton, 11 yanvar (AZƏRTAC). Türk Dünyası Yazarlar və Sənətçilər Vaqfı (TÜRKSAV) Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanova mükafat təqdim edəcəkdir.
Azərbaycan diplomatı bu mükafata erməni lobbisinin əsassız iddialarına qarşı mübarizədə türk diasporuna göstərdiyi köməyə görə layiq görülmüşdür. Türkiyə, ABŞ, Qazaxıstan və başqa ölkələrdən olan digər yüksək vəzifəli şəxslərə, o cümlədən Qırğızıstan prezidenti Almazbek Atambayevə və Türkiyənin ABŞ-dakı səfiri Namik Tana da mükafatlar təqdim olunacaqdır. Mükafatların bu ilin mayında ABŞ-da Türkiyə Gününün bayram edilməsi zamanı təqdim ediləcəyi gözlənilir.
Yusif Babanlı
Vaşinqton