Azərbaycanın bir qrup energetikinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
İbrahimov Şəmsəddin Vahab oğlu
Nəcəfov Məhərrəm Mehdi oğlu
Şahmuradov Vüqar Hüseynqulu oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2014-cü il.