Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanda layiq görüldüyü “Humanizm simvolu-2012-ci ilin adamı” mükafatının təqdimat mərasimi keçirilmişdir

İslamabad, 23 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu-2012-ci ilin adamı” elan etmişdir. Yanvarın 22-də İslamabadın “Serena” mehmanxanasında mükafatın təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi, Senatın sədr müavini Sabir Bəluc, Milli Assambleyanın humanitar məsələlər üzrə komitəsinin sədri, nazir Rubina Saadat Kaimxani, Senatın məlumat və yayım komitəsinin sədri Hacı Qulam Əli, müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseyn, xarici əlaqələr komitəsinin sədri Hacı Adil, intizam komitəsinin sədri Seyid Məshədi, daxili işlər komitəsinin sədri Məhəmməd Talha Mahmud, senator Osman Seyfulla Khan, İslamabad Şəhəri İcra Hakimiyyətinin başçısı Tarik Pirzada, Pakistanın sabiq daxili işlər naziri, senator Vasim Xan, Milli Assambleyanın deputatı Humayun Seyfulla Xan, İslamabad Sənaye və Ticarət Palatasının sədri Zəfər Bəxtəvəri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, nüfuzlu universitetlərin rektorları, jurnalistlər, bir sıra ölkələrin İslamabaddakı səfirləri iştirak etmişlər.

Qadın Könüllülər Təşkilatının sədri xanım Samina Şah Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələr haqqında geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilmiş, 2012-ci ildə isə həmin təhsil ocağı əsaslı təmir edilmiş, orada yenidənqurma işləri aparılmışdır. Fond tərəfindən Pakistanda silsilə humanitar yardım proqramları çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləmə aparılmış, Peşavar şəhərində “Akbar Care” Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, İslamabad şəhərinin “Kulsum İnternational” klinikasında açıq ürək əməliyyatları maliyyələşdirilmiş, Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2 min ədəd qanköçürmə paketi hədiyyə edilmiş, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərilmiş, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil edilmiş, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır.

Xanım Samina Şah demişdir ki, “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı bütün bunları nəzərə alaraq Mehriban xanımı “Humanizm simvolu-2012-ci ilin adamı” elan etmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın nəcib və xeyirxah fəaliyyətini, rəhbərlik etdiyi Fondun Pakistan da daxil olmaqla xarici ölkələrdə həyata keçirdiyi xeyriyyə tədbirləri barədə videoçarx nümayiş etdirilmişdir.

Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistandakı fəaliyyətini qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əyani göstəricisi kimi qiymətləndirmişdir. O, Mehriban xanım Əliyevanın uşaq və qadınların problemlərinin həlli ilə yaxından məşğul olmasının Pakistanın böyük qızı Bənazir Bhuttonun ideyaları ilə üst-üstə düşdüyünü xüsusi vurğulamışdır.

F.K.Kundi Pakistan ilə Azərbaycan arasında inkişafda olan qardaşlıq əlaqələrindən danışaraq, bu münasibətlərin həyatın bütün sahələrini əhatə etdiyini bildirmişdir.

Pakistanda hökumətin sosial problemlərin həlli istiqamətində atdığı addımlardan, humanitar, səhiyyə və təhsilin inkişafına yönəltdiyi diqqətdən danışan Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində keçirilən humanitar tədbirləri iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirildiyini vurğulamışdır.

Sonra Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu “Humanizm simvolu- 2012-ci ilin adamı” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim etmişdir.

Səfir Daşqın Şikarov “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatının rəhbərliyinə və əməkdaşlarına təşkil olunmuş tədbirə və Azərbaycanın birinci xanımını yüksək mükafatla təltif etdiklərinə görə minnətdarlığını bildirmişdir.

Diplomat bu mükafatın Pakistan parlamentinin sədri vəzifəsini icra edən şəxs tərəfindən təqdim olunması faktının xüsusi önəm kəsb etdiyini vurğulamışdır.

Mərasim məktəblilərin və tanınmış instrumental qrupun ifasında konsert proqramı ilə başa çatmışdır.

Təqdimat mərasimi Pakistanın nüfuzlu mətbuat orqanlarında - “Pakistan Observer”, “The News”, “Daily Times” qəzetlərində və “The Nation”, “DNA News”, “Centreline”, həmçinin PTV, DRY News, Vakt TV, CNBC və digər yerli kanallarda geniş işıqlandırılmışdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb