İQTİSADİYYAT
Azərbaycanın enerji resurslarının Avropaya nəqlindən birgə faydalanmağın önəmi vurğulanıb
İstanbul, 7 dekabr, AZƏRTAC
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun rəhbərliyi ilə nümayəndə heyətinin Yunanıstana səfəri zamanı keçirilən görüşlərdə Azərbaycanın enerji resurslarının Avropaya nəqlindən birgə faydalanmağın önəmi vurğulanıb.
Türkiyə rəsmi mənbələrinin yaydığı məlumatlara görə, “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edilən görüşlərdə bu layihənin əsas elementləri olan “Şahdəniz-2”, TAP və TANAP-ın faydalarından da danışılıb.
Səfər çərçivəsində Afinada keçirilən Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 3-cü iclasında iki ölkə arasında siyasi - iqtisadi münasibətlərin normal məcrada inkişafı yolları, o cümlədən Kipr adası ilə bağlı məsələlər müzakirə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]