Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın ərəb dünyasında nüfuzu daha da artır

Azərbaycanın ərəb dünyasında nüfuzu daha da artır

Qahirə, 26 iyul, AZƏRTAC

İkinci Qarabağ müharibəsindən sonra Yaxın Şərqin və Körfəzin ərəb ölkələrində nüfuzu daha da artıb. Artıq Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri kimi regional güclər ölkəmizlə sıx əməkdaşlıq istiqamətində mühüm addımlar atır, nəhəng layihələr həyata keçirirlər.

Etiraf etmək lazımdır ki, 44 günlük müharibədən əvvəl ərəb dövlətlərinin diplomatları və media nümayəndələri Azərbaycanla bağlı səthi məlumatlardan çıxış edir, bəziləri isə erməni təbliğatının yalanlarına daha çox yer ayırırdılar. Əlbəttə, ölkəmizin diplomatik nümayəndəlikləri ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımı və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mütəmadi silsilə tədbirlər keçirir, ərəb mediasında məqalələrlə çıxış edirdilər. Lakin bu təbliğat həmin ölkələrin geniş ictimaiyyətində çox vaxt biganəliklə qarşılanırdı.

Prezident İlham Əliyevin Qarabağın azadlığı uğrunda döyüşlərin getdiyi günlərdə diplomatik və informasiya müharibəsinə də rəhbərlik etməsi bu sahələrdə radikal dönüş yaratdı. Ərəb ölkələrinin “Əl Cəzirə”, “Əl Ərəbiyə”, “Əl Məmləkə” və digər nüfuzlu telekanalları dövlətimizin başçısının bəyanatları, xalq müraciətləri və müsahibələrinə geniş yer ayırır, eyni zamanda, geniş oxucu auditoriyasına malik olan qəzetlər və portallar Ordumuzun cəbhədə qazandığı uğurları ətraflı işıqlandırırdı.

Həmin günlərdə Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Əlcəzair, Bəhreyn və digər ərəb ölkələrinin mətbuatında 5 mindən artıq xəbər, reportaj və məqalələr yayımlanıb. Dövlətimizin başçısının fəaliyyəti ilə bağlı AZƏRTAC-ın ərəb dilində hazırladığı xəbərlər, foto və videomaterialları MENA, SPA, APS, WAM, NNA və digər rəsmi agentliklər mütəmadi şəkildə yayırdılar. Müqayisə üçün qeyd edək ki, ərəb KİV-də Ermənistanın mövqeyini əks etdirən cəmi 5-6 material dərc olunmuş, bundan dərhal sonra həmin mətbu orqanları Azərbaycanın səfirliklərinin erməni yalanlarını ifşa edən bəyanatlarını dərc etmişdi. İnformasiya müharibəsində diaspor təşkilatları, xüsusən Misir, İordaniya və Küveytdəki soydaşlarımız da fəal iştirak ediblər.

İkinci Qarabağ müharibəsində İslam Əməkdaşlıq Təşkilatı, Müsəlman Liqası, Ərəb Dövlətləri Liqasının Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatları bütün dünyada təklənmiş işğalçı Ermənistana diplomatik zərbə oldu. Azərbaycanın şanlı Zəfəri isə ərəb ölkələrində böyük məmnunluqla qarşılandı, dövlət və hökumət başçıları, siyasi, ictimai, dini xadimlər bu münasibətlə Prezident İlham Əliyevə təbrik məktubları ünvanladılar. Bu məqamda Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlərini xatırlatmaq yerinə düşər. Onun bu ölkələrə səmərəsiz səyahətinin əsas məqsədi rəsmi Ər-Riyadla diplomatik münasibətlər qurmaq, həmçinin Əbu-Dabidən sərmayələr qoparmaq idi. Məlum olduğu kimi, missiya uğursuzluqla nəticələndi və A.Sarkisyan bunu “Əl Ərəbiyə” telekanalına müsahibəsində də etiraf etdi.

Qeyd etmək lazımdır ki, postmüharibə dövründə Azərbaycan mediası və ərəb ölkələrindəki diaspor təşkilatlarının erməni vəhşiliyini göstərən kadrları və xəbərləri geniş ictimaiyyətə yayması, erməni təbliğat maşınının guya Qarabağda onlara məxsus olan, əslində, qədim Alban kilsələrinin dağıdılması haqqında feyk informasiyalarını ifşa etməsi, dağıdılmış və təhqir olunmuş, hətta donuz axuruna çevrilmiş məscidlərin nümayiş etdirilməsi erməni mənşəli jurnalistlərinin ərəb mətbuatına yolunu tamamilə bağlamış oldu. İndi heç bir İslam ölkəsinin ciddi mətbu orqanı müsəlmanların müqəddəs məkanlarını bu cür təhqir edənlərlə təmas qurmaq istəmir.

Azərbaycan dövləti informasiya müharibəsində qazandığı uğurları davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri ilə paralel olaraq dünyanın nüfuzlu siyasətçiləri, media nümayəndələri və iş adamlarının Qarabağa mütəmadi səfərləri ərəb mətbuatının ən çox gündəmində olan mövzulardır. Qoşulmama Hərəkatı və İƏT çərçivəsində son aylar təşkil olunan tədbirlərdə iştirak edən ərəb ölkələrinin beyin mərkəzlərinin rəhbərləri və media nümayəndələri öz ölkələrinin mətbuatında geniş analitik yazılar və məqalələrlə çıxış ediblər. Onlar dəfələrlə vurğulayıblar ki, Azərbaycan İslam aləmində son əsrdə torpaqlarını işğaldan azad edən yeganə ölkədir və bu Qələbə Prezident İlham Əliyevin sərkərdəlik, diplomatik məharəti sayəsində mümkün olub.

Ərəb dövlətlərinin Qalib ölkə olan Azərbaycanla iqtisadiyyat, turizm və enerji sahələrində əməkdaşlığı da gündən-günə inkişaf edir. Postmüharibə dövründə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi mühüm hadisədir. Belə ki, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu ilin martında, həmçinin 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində BƏƏ-nin “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb. Bu sənədlər Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir. Bundan başqa, Misir, Bəhreyn, İordaniya şirkətləri Qarabağda aparılan tikinti-quruculuq işlərinə böyük maraq göstərir, müvafiq şirkətlər arasında danışıqlar gedir. Əməkdaşlığın daha bir prioritet istiqaməti də turizm sektorudur. Artıq Azərbaycan ərəb turistlərin sevimli istirahət məkanına çevrilib.

Bəli, indi Azərbaycan ərəb dünyasında ən populyar və etibarlı tərəfdaş kimi qəbul olunur. Bütün bu nailiyyətlər isə dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasi kursun və informasiya siyasətinin nəticəsidir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir