İQTİSADİYYAT
Azərbaycanın gül şirkətləri oktyabrın 2-4-də Boqotadakı “Proflora” gül sərgisində iştiraka dəvət olunur
Kolumbiya Azərbaycanla ticarət əlaqələrini daha da genişləndirir
Bakı, 16 sentyabr, AZƏRTAC
Kolumbiya Azərbaycanın böyük gül şirkətlərini oktyabrın 2-4-də paytaxt Boqotada keçiriləcək “Proflora” gül sərgisinə dəvət edir.
Kolumbiyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə 16 ölkədən 200-dən çox gül şirkəti iştirak edəcək. “Proflora” dünya miqysasında gül sənayesinin bütün növ sahələri üçün əsas görüş mərkəzinə çevrilib. Burada güllərdən başqa, müxtəlif növ ağaclar, bitkilər də görmək olar. Yetişdiricilər və damazlıqlar bu yarmarkada iştirak edəcəklər. Münsiflər heyətinin üzvləri milli və beynəlxalq çiçək mütəxəssisləri olacaq.
Qeyd edək ki, 1991-ci ildən “Proflora” özünü çiçək ticarət şousu olaraq qurub. “Proflora” Kolumbiya çiçəklərini tanıtmaq üçün bir vasitəyə çevrilib. Bu ticarət şousu hər iki ildən bir keçirilir. Sərginin əsas iştirakçıları beynəlxalq çiçək istehsalçıları, tədarükçülər, xidmət şirkətləri, seleksiyaçılar və çiçəkçiliyin əsas üzvləri olacaq.
On beş ildən bəri Kolumbiya çiçəkləri Azərbaycana nəhəng gül şirkətlər tərəfindən gətirilir. Ötən il ölkəmizə həftədə 1 tondan çox müxtəlif növ gül idxal edilib. Sərgi Kolumbiya çiçəklərinin Azərbaycana ixracını artırmaq üçün atılmış uğurlu addımlardan biridir və gələcəkdə Azərbaycana çiçək tədarükünün artmasına töhfə verə bilər.